Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə171/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Seqment xərcləri
dedikdə, bilavasitə seqmentin fəaliyyəti ilə bağlı 
əməliyyatların gedişində meydana çıxan xərclər və qismən də əsaslandırıl-
mış şəkildə həmin seqmentə aid oluna biləsi təşkilatın ümumi xərclərinin bir 


Maliyyə hesabatı
184 
hissəsi başa düşülür. Fövqəladə xərclər, investisiyanın satışından və 
borcların ödənilməsindən zərərlər, ödənilən faizlər, ümumi inzibati xərclər, 
mənfəət vergisi üzrə ödənişlər və təşkilatın digər analoji xərcləri seqment 
xərclərinə aid edilmir. 
Seqmentin maliyyə nəticələri onun gəlir və xərclərini müqayisə 
etməklə müəyyənləşdirilir. Bu zaman azlıqların payı nəzərə alınmır. 
Seqmentin aktivləri
öz tərkibinə əməliyyat fəaliyyətində istifadə 
olunan dövriyyə ehtiyatları, debitor borcları və pul vəsaitləri, habelə həmin 
seqmentə aid edilən əsas vəsaitlər və qeyri-maddi aktivlər daxil edilir. 
Təşkilatın ümumi məsələlərinin həllində və onun idarə olunmasında sərf 
olunan xərclər seqmentin tərkibinə daxil edilmir. İki və daha çox seqment 
tərəfindən istifadə olunan aktivlər onların hesabatının qalıq dəyəri ilə qeydə 
alınır (mənfəətin vergiyə cəlb olunması ilə bağlı meydana çıxan debitor 
borcları istisna olunur). 
Seqmentin öhdəlikləri
malsatanlara və heyətə olan kreditor borcla-
rından, avans daxilolmalarından, hesablanılan öhdəliklərdən (zəmanətli 
xidmət üzrə ehtiyatlar) və s. ibarətdir. Borclar və kreditlər üzrə öhdəliklərin 
faizləri seqmentin xərclərinə aid edildiyi halda, həmin öhdəliklər seqment 
hesabatında öz əksini tapır. Mənfəət vergisi üzrə öhdəliklər seqmentlərin 
öhdəliklərinə daxil edilmir. 
Seqmentin uçot siyasəti
müəssisənin ümumi uçot siyasətindən 
fərqlənmir və əksinə, onu tamamlayır. Xüsusi uçot siyasətində gəlirlərin və 
xərclərin bölgüsü qaydası, onların tərkibi, seqmentlərin qarşılıqlı məqbulla-
rının qiymətləndirilməsi metodları və s. müəyyənləşdirilir. 
İcmal mühasibat hesabatları tərtib edildikdə, seqmentlər üzrə informa-
siyaların təqdim olunmasına həsr edilən ucot siyasəti icmal mühasibat 
hesabatını tərtib edən təşkilat tərəfindən hazırlanılır. 
Hesabat seqmentlərinin, gəlirlərin, xərclərin, aktivlərin, öhdəliklərin 
və s. ayrılıqda qeydə alınması ilə nəticələnən uçot siyasətindəki dəyişiklik-
lərin bir çox hallarda maraqlı istifadəçilərin həmin informasiyalara qiymət 
verməsinə təsir göstərə biləcəyini nəzərə alaraq, həmin dəyişikliklər 
səbəbləri də göstərilməklə, mühasibat hesabatına əlavədə açıqlanmalıdır. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin