Sifariz Səbzəliyev 181
tərkib hissələri üzrə diferensiallaşdırmaq məqsədəuyğundur. Belə informa-
siyalar bir-birilə qarşılıqlı əlaqəsi olan iri şirkətlər qrupunun, təqdim
etdikləri icmal konsolidə edilən hesabatlar üçün xüsusilə aktualdır. Bu
məqsədlə təşkilatların fəaliyyətini informasiya məqsədləri üçün müəyyən
qaydalara əsaslanan müxtəlif seqmentlərə bölmək olar. Təşkilatın seq-
mentləri haqqında informasiya ümumi mühasibat hesabatlarının tərkibində
verilir.
Seqment hesabatı – ayrıca əməliyyat və coğrafi seqmentlər üzrə
məhdudlaşan və müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir
hissəsi haqqında informasiyaları açıqlayır. Belə informasiyaların təqdimatı,
onun formalaşması və mühasibat hesabatında əks etdirilməsi kredit
təşkilatları istisna olmaqla, bütün kommersiya təşkilatlarında “
Əməliyyat seqmentləri üzrə” 34№-li Milli Mühasibat Uçotu Standartı vasitəsilə
tənzimlənir. Bu Standart aşağıdakılara tətbiq olunur:
a)
müəssisənin ayrıca və xüsusi maliyyə hesabatlarına;
b)
əsas müəssisəsi olan qrupun konsolidə edilmiş maliyyə hesabatla-
rına (standartın 5-ci maddəsi).
Həm Beynəlxalq, həm də milli Standartlarda müəyyən edildiyi kimi,
seqmentlər üzrə informasiyalar kiçik müəssisələr tərəfindən tətbiq oluna
bilməz.
Ayrıca seqmentlər təşkilatlar tərəfindən müstəqil surətdə özlərinin
təşkilati və idarəetmə strukturundan asılı olaraq fərqləndirilir. İcmal
mühasibat hesabatlarında hesabat seqmentlərinin siyahısı onu tərtib edən
təşkilat tərəfindən müəyyənləşdirilir. Ümumi halda hesabat seqmentinə aid
edilən bölmələrin satışdan gəliri, mənfəətin həcmi və aktivlərin dəyəri
təşkilatın müvafiq göstəricilərinin 10 faizindən az olmamalıdır. Hesabat seq-
mentinin seçilməsinin əsası kimi yuxarıda sadalanan parametrlərdən yalnız
birisi nəzərə alına bilər (seqment özünün gəlirlərinin çox böyük hissəsini
kənar təşkilatlara satışdan əldə etdiyi hallarda).
Kənar təşkilatlarla əməliyyatlardan alınan ümumi gəlir bütün hesabat
seqmentləri üçün təşkilatın ümumi gəlirinin 75 faizindən az olmamalıdır.
Əgər bu normativ uyğun gəlmirsə, əlavə hesabat seqmentlərinə müraciət
olunmalıdır.