Məbləğlərin taksirovkası
. Bu mərhələdə siyahılarda (aktlarda) ilk
sənədlərin və mühasibat uçotunun məlumatları əsasında əmlak və
öhdəliklərin pulla qiymətləndirilməsi həyata keçirilir.
4.
Müqayisəli-analitik mərhələ
. Bu mərhələdə əmlak və öhdəliklərin fak-
tik mövcudluğu mühasibat uçotunun məlumatları ilə üzləşdirilir.
İnventarlaşma komissiyası kənarlaşmanın səbəblərini araşdırır və onların
inventarlaşma nəticələrinin uçotunda əks etdirilməsi üsullarını təklif
edir. Mal-material ehtiyatlarının artıq, yaxud əksik gəlməsinin yaranması
faktı üzrə maddi-məsul şəxslərdən izahat alınmalıdır. Siyahının sonuncu
səhifəsində qiymətlərin yoxlanılması, taksirovkası və yekunların
hesablanması yoxlamanı aparan şəxsin imzası ilə təsdiq edilməlidir.
Müqayisəli-analitik mərhələnin yerinə yetirilməsinin nəticələri üzrə
Maliyyə hesabatı
40
komissiyanın bütün təklifləri
İnv-26 formalı
“İnventarizasiya prose-
sində aşkara çıxarılan nəticələrin uçotu cədvəlində” ümumiləşdirilir.
5.
Son mərhələ
. İnv-26 formalı “İnventarlaşmanın nəticələrinin uçotu
cədvəli”ni təşkilatın baş mühasibi və rəhbəri imzalayır və bu haqda
müvafiq əmr verilir. Verilən əmr əsasında inventarlaşmanın nəticələrinə
dair mühasibat müxabirləşmələri tərtib edilir və onlar mühasibat uçotu-
nun müvafiq registrlərinə işlənir.
İnventarlaşma materialları
mühasibata verilir. İnventarlaşma zamanı əmlak
üzrə uçotdan kənarlaşmaları əks etdirmək üçün
üzləşdirmə (müqayisə)
cədvəli
tərtib edilir. İnventarlaşmanın nəticələri üzləşdirmə cədvəlində öz
əksini tapır. İnventarlaşma fərqləri aşağıdakı qaydada tənzimlənir:
artıq gələn əsas vəsaitlər, materiallar, pul vəsaitləri və digər əmlak
mədaxil olunur və müəssisənin maliyyə nəticələrinə aid edilir. Daha
sonra artıq gəlmənin səbəbləri araşdırılır;
qanunvericilik qaydasında təsdiq edilən norma daxilində sərvətlərin əskik
gəlməsi və xarab olması təbii itki kimi qiymətləndirilərək, müəssisə rəh-
bərinin sərəncamı ilə ya istehsal xərclərinə, ya da tədavül xərclərinə silinir.
İtki norması yalnız faktiki çatışmazlıq aşkarlandıqda tətbiq edilə bilər.
Material ehtiyatlarının, pul vəsaitlərinin və digər əmlakın çatışmazlığı,
habelə təbii itki normasından artıq xarab olması günahkar şəxslərin
hesabına yazlır. Əgər, günahkarları müəyyənləşdirmək mümkün deyil-
dirsə, yaxud həmin məbləğin günahkar şəxsdən tutulmasını məhkəmə
rədd edirsə, onda əksik gəlmə və xarab olmadan itkilər müəssisənin
istehsal, yaxud tədavül xərclərinə aid edilir.
Növlərin qarışıq salınması nəticəsində artıq və əskik gəlmələrin
qarşılıqlı məqbuluna müstəsna hallarda yol verilir.
İnventarlaşmanın nəticələri uçot və hesabatda onun başa çatdırıldığı
ayda öz əksini tapmalıdır.
İnventarlaşma başa catdıqdan sonra onun aparılmasının düzgünlüyünə
əmin olmaq üçün nəzarət qaydasında yoxlama keçirilə bilər. Belə yoxla-
mada inventarlaşma komissiyasının üzvlərinin və maddi-məsul şəxslərin
iştirakı vacibdir.
Nəzarət qaydasında yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və
nəzarət qaydasında yoxlamanın uçotu kitabında qeydə alınır.
|