Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə34/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
37 
2.6. İnventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən 
üsullardan biridir
İnventarlaşma dedikdə
, təşkilatın əmlak və öhdəliklərinin faktiki 
mövcudluğunun mühasibat uçotu məlumatlarına uyğunluğunun yoxlanıl-
ması başa düşülür. 
İnventarlaşmanın başlıca məqsədi aşağıdakılardır: 

əmlakın faktiki mövcudluğunun aşkara çıxarılması; 

əmlakın faktiki mövcudluğunun mühasibat uçotu məlumatları ilə üzləş-
dirilməsi; 

maliyyə öhdəliklərinin uçotda tam əks etdirilməsinin yoxlanılması. 
Bu zaman müəssisənin əmlakı dedikdə, əsas vəsaitlər, qeyri-maddi 
aktivlər, maliyyə qoyuluşları, istehsalat ehtiyatları, hazır məhsullar, mallar, sair 
ehtiyatlar, pul vəsaitləri və onların ekvivalentləri, digər maliyyə aktivləri, 
maliyyə öhdəlikləri qismində kreditor borcları, bank kreditləri, borclar və 
ehtiyatlar başa düşülür. Bunlardan başqa, təşkilatın mühasibat uçotunda qeydə 
alınan, lakin ona mənsub olmayan əmlakın digər növləri (məsuliyyətli müha-
fizəyə qəbul edilən, icarəyə götürülən, emal üçün alınan), habelə hər hansı bir 
səbəbdən qeyd olunmayan əmlak da inventarlaşmaya məruz qalmalıdır. 
Yerləşdiyi məkandan yerdən asılı olmayaraq, təşkilatın bütün əmlakı 
və maliyyə öhdəliklərinin bütün növləri inventarlaşdırılmalıdır. Əmlakın 
inventarlaşdırılması onun yerləşdiyi yerlər və maddi məsul şəxslər üzrə 
həyata keçirilir. 
İnventarlaşmanın aparılması qaydası (hesabat dövründə inventarlaş-
manın sayı, onun keçirildiyi tarix, əmlak və öhdəliklərin siyahısı və i.a.) 
təşkilatın rəhbəri tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasının 
müvafiq qanunvericiliyi əsasında məcburi inventarlaşma aparılması da 
mümkündür.
Bütün hallarda illik hesabat tərtib ediləndən əvvəl inventarlaşma 
həyata keçirilir. 
Təşkilatda inventarlaşmanı aparmaq üçün aşağıdakı tərkibdə 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin