Sifariz Səbzəliyev
43
və eyni zamanda iqtisadi subyektin mallar, iş və xidmətlər bazarında
maliyyə sabitliyinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Mühasibat balansının mahiyyəti onun təyinatında təzahür edir:
balans mühasibat uçotu metodunun
tərkib hissəsi olunub, onun bir
elementidir;
mühasibat balansı dövri və illik maliyyə hesabatının formalarından
biridir.
Balans necə bir hesabat forması kimi ayrıca cədvəldən ibarətdir.
Müəssisənin mülkiyyətində olan eyni vəsait məbləğləri öz əksini həm
aktivdə, həm də passivdə tapır.
Aktiv və passivin müasir məzmunu informasiyaları
onun istifadəçi-
lərinə, hər şeydən əvvəl, kənar istifadəçilərə ötürülməsinə istinad edir. Məhz
bu amilə görə, balans maddələri özünün çox yüksək analitikliyi ilə seçilir.
Daha konkret desək, müasir balans debitor və kreditor borclarının vəziy-
yətini, xüsusi kapitalın,
cari xərclər, yaxud təşkilatın mənfəəti hesabına
yaradılan ehtiyatların müxtəlif növlərinin mahiyyətini açıqlayır.
Əslində mühasibat balansı informasiyalar mənbəyidir. Bu informa-
siyalar əsasında iqtisadi subyektin maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv
qiymət vermək heç bir çətinlik yaratmır. Buna görə də mühasibat hesabatı
formaları içərisində balans birinci yeri tutur. Onun göstəricilərini mühasibat
hesabatının digər formalarının göstəriciləri ilə əlaqələndirmək mümkündür.
Balansda verilən informasiyaları dərk etmək
üçün təkcə onun strukturu
haqqında deyil, eyni zamanda müxtəlif göstəricilərin məntiqi və spesifik
qarşılıqlı əlaqələrini bilmək çox vacibdir.
Dostları ilə paylaş: