Sifariz Səbzəliyev
45
Balansın mühasibat hesablamaları ilə əsaslandırılması
: mühasi-
bat hesablamaları dəqiq aparılan balans daha düzgün sayılır. Belə hesab-
lamalara aiddir: mal-material ehtiyatlarının faktiki maya dəyərinin uçot
qiymətləri üzrə dəyərində kənarlaşması məbləğinin bölüşdürülməsi, ümum-
istehsalat və ümumtəsərrüfat (inzibati) xərclərinin silinməsi, məhsulların
maya dəyərinin kalkulyasiyası və i.a. hesablamalar. Həmin hesablamaların
düzgünlüyü mənfəətin kəmiyyətinə əhəmiyyətli təsir göstərir;
Balansın inventarlaşma ilə əsaslandırılması
: inventarlaşmanın
mahiyyəti təşkilatın əmlakının natural şəkildə yoxlanılması və nəticələrin
debitor və kreditorlarla hesablaşmalar vasitəsilə üzləşdirilməsində təzahür
edir. İnventarlaşma aparıldıqdan sonra hesablar üzrə uçot qalıqlarında
düzəlişlər edilir ki, bu da balansın düzgünlüyünü daha da artırır;
Balansın reallığı:
balansın reallığı dedikdə, onun maddələrinin qiy-
mətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu başa düşülür. Balans
qiymətləndirilməsinin bir sıra nəzəriyyələri mövcuddur: məsələn, obyektiv
qiymətləndirmə nəzəriyyəsi, subyektiv qiymətləndirmə nəzəriyyəsi, kitab
vasitəsilə qiymətləndirmə. Obyektiv qiymətləndirmə nəzəriyyəsi bazar qiy-
məti prinsipinə istinad edir. Belə qiymətlər balansın tərtib olunduğu anda
əmlak satıldığı zaman müəyyənləşdirilir. Subyektiv qiymətləndirmə nəzə-
riyyəsinə görə aktivlərin dəyəri təşkilatın qərarlaşdığı fərdi şəraitdən asılı
olur. Kitab vasitəsilə qiymətləndirmə aktivlərin uçotda (kitabda) qeydə
alındığı qiymətə əsaslanır. Sadalanan nəzəriyyələrin heç birisi qiymətlən-
dirmə məsələsi haqqında birmənalı qərar verə bilmir. Buna görə də nisbi
reallıqla, başqa sözlə, balans maddələrinin hazırda qüvvədə olan standartlar
vasitəsilə qiymətləndirilməsi ilə kifayətlənmək lazım gəlir. Balansın reallığı
xeyli dərəcədə təşkilatın aktivlərinin likvidlik dərəcəsindən asılıdır;
Dostları ilə paylaş: