Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə44/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
48 

ləğvetmə balansları; 

ayrılma balansları; 

birləşdirmə balansları; 

ilkin balanslar; 

cari balanslar; 

illik balanslar. 
İlkin balanslar 
hesabat ilinin əvvəlində tərtib edilir. 
Cari balanslar
cari hesabat dövrünə, başqa sözlə, təşkilatın maliyyə 
hesabatı tərtib edəcəyi dövrə görə tərtib edilir. Cari balanslar uçot dövrünün 
prinsiplərinə uyğun olaraq hazırlanılır. İlkin və son balanslar maliyyə ilinin 
əvvəlində və axırında işlənilir. Aralıq balanslar hesabat dövrünün əvvəli və 
axırı arasındakı dövrü əhatə edir. Azərbaycanda aralıq balanslar hər ay, 
habelə rüb və yarım ilə görə tərtib oluna bilər. 
İllik balanslar
müəssisə tərəfindən maliyyə ilinin sonunda hazırlanır. 
Sanir balanslara
tələbat o zaman yaranır ki, müəssisə artıq müf-
lisləşmə həddinə gəlib çatmışdır. Bu zaman müəssisə belə bir dilemma 
qarşısında qalır: ya müflisləşmə haqqında qərar verməklə müəssisəni ləğv 
etməli, ya da ödənişlərin vaxtını uzatmaq üçün kreditorları inandırmağa səy 
göstərməli. Sanir balansların tərtib olunması üçün hökmən müstəqil audi-
torlar cəlb olunmalıdır. 
Təqdim etmənin dövriliyinə görə balanslar
aşağıdakı kimi fərq-
ləndirilir: 

giriş balansları; 

dövri balanslar; 

son balanslar. 
Giriş balansları
bilavasitə təşkilatın hüquqi status alması, başqa 
sözlə, onun dövlət qeydiyyatı ilə əlaqədardır.
Dövri balanslar
hər bir hesabat dövrü (ay, rüb, yarımil, doqquz ay) 
üzrə tərtib edilir. 
Son balanslar
hesabat dövrü başa çatdıqdan sonra təqdim olunur. 
Belə balanslar eyni zamanda növbəti hesabat ilinin giriş balansı hesab edilir. 
Buradan görünür ki, mühasibat uçotunun ən əsas prinsiplərindən biri –
müəssisənin fəaliyyət göstərməsinin fasiləsizliyi prinsipi özünü göstərir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin