Sifariz Səbzəliyev 59
Balansla mənfəət və zərərlər haqqında hesabat arasında mövcud olan
«
vəzifə bölgüsü » deməyə imkan verir ki, təşkilatın illik hesabatı onun
əmlak, maliyyə vəziyyəti və gəlirliliyi haqqında faktiki mənzərəni açıqlayır.
Beləliklə, əmlak və maliyyə vəziyyətini təsvir etmək üçün zəruri məlumatlar
balansda göstərilir. Mənfəət və zərərlər haqqında hesabat isə özünün
şərhləri ilə birlikdə təşkilatın gəlirliliyini əks etdirir.
Mənfəət və zərərlər haqqında hesabatın təşkilatın faktiki gəlirlərini əks
etdirmək üçün bu hesabatın qurulması prinsipləri hazırlanmışdır. Qeyd
etmək lazımdır ki, həmin prinsiplər mühasibat uçotunun beynəlxalq prakti-
kasında hazırlanmış və Almaniyanın mühasibat uçotu sahəsində tən-
zimləyici sənəd hesab olunan Ticarət Məcəlləsində öz əksini tapmışdır.
Yuxarıda qeyd olunduğu kimi, hər bir hesabat ilinin başa çatması üzrə
təşkilat xərclərin və gəlirlərin müqayisəsini verməlidir. Bu tələb ticarət
hüququnda aşağıdakı qaydada izah olunur: mənfəət və zərərlər haqqında
hesabat mühasibat uçotu prinsiplərinə uyğun olaraq, işgüzar praktikada
qəbul edilən müvafiq müddətdə tərtib edilməlidir.
Mənfəət və zərərlər haqqında hesabat tamlıq prinsipi əsasında açıq və
şəffaf olmalı, bütün xərclər və gəlirlər qarşılıqlı məqbullara yol verilmədən
əks etdirilməlidir.
4.2. Mənfəət və zərərlər haqqında hesabatın qurulması prinsipləri Mənfəət və zərərlər haqqında hesabatın qurulmasının aşağıda göstə-
rilən
beş prinsipi mövcuddur:
xərclərin və gəlirlərin maddələrinin qarşılıqlı məqbuluna yol
verilməməsi (
maliyyə nəticələrinin brutto metodu ilə hesablanması prinsipi );
ilkin xərclərin və gəlirlərin növlər üzrə bölüşdürülməsi (
bölgü prinsipi );
istehsal, idarəetmə və təchizat sahəsində xərclərin meydana çıx-
masının əks etdirilməsi (