Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


baş verdiyi sahələr üzrə mənfəət və zərərlər



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə55/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

baş verdiyi sahələr üzrə mənfəət və zərərlər 
haqqında hesabatın qurulması prinsipi
); 

hesabat dövrünə münasibətdən asılı olaraq xərclərin və gəlirlərin 
hesabat dövründə meydana gəlməsinin əks etdirilməsi (
dövrilik prinsipi
); 


Maliyyə hesabatı
60 

əsas və sair fəaliyyətdən maliyyə nəticələrinin ayrılıqda göstərilməsi 
(
nəticələrin ayrılıqda göstərilməsi prinsipi
). 
Bu prinsiplərdən bəzilərini nəzərdən keçirək. 
Maliyyə nəticələrinin brutto metodu ilə hesablanması prinsipi.
Brutto metodundan istifadə edildikdə bütün xərclər və gəlirlər tam həcmdə 
və qarşılıqlı məqbulsuz əks etdirilir. Netto metodu isə əksinə, həmcins xərc
-
ləri və gəlirləri müxtəlif işarələrlə cəmləməyə yol verir. Maliyyə 
nəticələrinin yalnız brutto metodu ilə hesablanması Ticarət Məcəlləsinin 
təşkilatın gəlirliliyinə dair tələblərini təmin edə bilir. 
Bölgü prinsipi. 
Xərclərin və gəlirlərin ilkin və təkrar qaydada böl-
güsü onların xarakterindən irəli gəlir. Bu prinsipdən aydın olur ki, hesabat 
dövrünün bütün ilkin və təkrar xərcləri və gəlirləri müəyyən qaydada 
struktura malik olmalıdır. İlkin gəlirlərə satışdan alınan vəsait, faizlərdən 
götürülən gəlirlər, habelə maliyyə qoyuluşundan gəlirlər aiddir. Sair gəlirlər 
özlüyündə təkrar gəlirləri qeydə alır. Belə gəlirlər hesablama təbiətinə
malikdir və dəyərə düzəliş edilməsi qismində təzahür edir (məsələn, əsas 
vəsaitlərin qiymət artımı). İlkin xərclər dedikdə, üçüncü tərəfdən alınan 
xammalın, malların və xidmətlərin dəyəri başa düşülür. Bunlar təşkilatın 
təsərrüfat prosesində ilk dəfə çıxış edir. Kənardan alınan mallar və xid-
mətlərlə əlaqədar xərclər nə zaman ki, digər mallara çevrilir (xüsusi 
məhsullar), yalnız bundan sonra maliyyə nəticələrinə aid edilir. Daha sonra 
maliyyə nəticələrinə aid edilməklə (məsələn, özünün hazırladığı avadanlığın 
qurulmasına görə amortizasiya) təkrar xərclər kimi uçota alınır. Bu prinsip 
tətbiq edilmək üçün məcburi sayılmır. İlkin xərclər, metodlarda həm 
ümumi, həm də müstəqim xərclər kimi nəzərdə tutulur. İlkin və təkrar xərc-
lər yalnız mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin