Maliyyə hesabatı
60
əsas və sair fəaliyyətdən maliyyə nəticələrinin ayrılıqda göstərilməsi
(
nəticələrin ayrılıqda göstərilməsi prinsipi
).
Bu prinsiplərdən bəzilərini nəzərdən keçirək.
Maliyyə nəticələrinin brutto metodu ilə hesablanması prinsipi.
Brutto metodundan istifadə edildikdə bütün xərclər və gəlirlər tam həcmdə
və qarşılıqlı məqbulsuz əks etdirilir. Netto metodu isə əksinə, həmcins xərc
-
ləri və gəlirləri müxtəlif işarələrlə cəmləməyə yol verir. Maliyyə
nəticələrinin yalnız brutto metodu ilə hesablanması Ticarət Məcəlləsinin
təşkilatın gəlirliliyinə dair tələblərini təmin edə bilir.
Bölgü prinsipi.
Xərclərin və gəlirlərin ilkin və təkrar qaydada böl-
güsü onların xarakterindən irəli gəlir. Bu prinsipdən aydın olur ki, hesabat
dövrünün bütün ilkin və təkrar xərcləri və gəlirləri müəyyən qaydada
struktura malik olmalıdır. İlkin gəlirlərə satışdan alınan vəsait, faizlərdən
götürülən gəlirlər, habelə maliyyə qoyuluşundan gəlirlər aiddir. Sair gəlirlər
özlüyündə təkrar gəlirləri qeydə alır. Belə gəlirlər hesablama təbiətinə
malikdir və dəyərə düzəliş edilməsi qismində təzahür edir (məsələn, əsas
vəsaitlərin qiymət artımı). İlkin xərclər dedikdə, üçüncü tərəfdən alınan
xammalın, malların və xidmətlərin dəyəri başa düşülür. Bunlar təşkilatın
təsərrüfat prosesində ilk dəfə çıxış edir. Kənardan alınan mallar və xid-
mətlərlə əlaqədar xərclər nə zaman ki, digər mallara çevrilir (xüsusi
məhsullar), yalnız bundan sonra maliyyə nəticələrinə aid edilir. Daha sonra
maliyyə nəticələrinə aid edilməklə (məsələn, özünün hazırladığı avadanlığın
qurulmasına görə amortizasiya) təkrar xərclər kimi uçota alınır. Bu prinsip
tətbiq edilmək üçün məcburi sayılmır. İlkin xərclər, metodlarda həm
ümumi, həm də müstəqim xərclər kimi nəzərdə tutulur. İlkin və təkrar xərc-
lər yalnız mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.
Dostları ilə paylaş: