Sifariz Səbzəliyev 63
Cədvəl 4.2
Mənfəət və zərərlər haqqında hesabatın qalıq cədvəli formasında tərtibi 1.
Satışdan ümumi gəlir
- Gəlirin azalması (skonto, güzəşt)
2.
Satışdan xalis gəlir
+ Ehtiyatların tərkibində artma
- Ehtiyatların tərkibində azalma
3.
Satışdan ümumi gəlir
- Satınalmaya, yaxud istehsala xərclər
4.
Ümumi mənfəət
–
İdarəetmə xərcləri
–
Kommersiya xərcləri
5.
Ümumi təsərrüfat fəaliyyətindən mənfəət
+ Sair gəlirlər
- Sair xərclər
6.
Hesabat ilinin mənfəəti
+ Keçən ilin mənfəəti, yaxud zərəri
- Mənfəətin istifadəsi
7.
Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
Ümumi xərclər metodu . Bu halda təşkilatın istehsal (əməliyyat)
fəaliyyətinə aid edilən hesabat dövrünün xərcləri mənfəət və zərərlər
haqqında hesabatda qeydə alınır və satışdan yaranan gəlirlə müqayisə
olunur. Hesablamanın belə bir qaydası düzgün maliyyə nəticələri almağa
imkan verir (əlbəttə, istehsal olunan və satılan malları və xidmətləri müstə-
qim qaydada aid etmək mümkündürsə, praktikada bu mümkün deyildir).
Buna görə də istehsal fəaliyyətindən alınan maliyyə nəticələrini hesab-
ladıqda, istehsal olunan və satılan məhsullar arasındakı fərq
«Hazır məhsul ehtiyatlarının dəyişilməsi », yaxud «
Sair kapitallaşdırılan xüsusi xərclər» maddələrinin köməyilə qeydə alınır. Əgər hesabat dövründə satılandan çox
məhsul istehsal edilmişdirsə, onda satılmayan məhsula aid olunan xərclər
bilavasitə ehtiyatların tərkibində artım göstərilməklə kompensasiya olunur
(əvəzlənir). Əgər istehsalın illik həcmi satışın həcmindən azdırsa, onda
mənfəət və zərərlər haqqında hesabatda xərclərin tərkibində ehtiyatların
azalması göstərilir.