Maliyyə hesabatı 64
Məhsul (iş və xidmətlər) istehsalından maliyyə nəticələri hesablan-
dıqda ümumi xərclər metodunun əsasında duran aşağıdakı hesablama
qaydası qüvvədədir (cədvəl 4.3).
Cədvəl 4.3
Məhsul (iş və xidmətlər) istehsalından maliyyə nəticələrinin hesablanması (ümumi xərclər metodu) Gəlir (hesabat dövrü ərzində satışdan gəlir
+ Hazır məhsulların ehtiyatının artması
+ Sair kapitallaşdırılan xüsusi xərclər)
Xərclər (hesabat dövrünün istehsal xərcləri)
+ Hazır məhsulların ehtiyatının azalması
= Maliyyə nəticələri
Müstəqim xərclər metodu. Müstəqim xərclər metodunun əsasını
təşkil edən məhsul (iş və xidmətlər) satışından maliyyə nəticələri hesab-
landıqda hesablamaların aşağıdakı qaydası qüvvədədir (cədvəl 4.4)
Cədvəl 4.4
Məhsul (iş və xidmətlər) satışından maliyyə nəticələrinin hesablanması (müstəqim xərclər metodu) Gəlir (hesabat dövrü ərzində satışdan gəlir)
- Xərclər (satılmış məhsulların maya dəyəri)
= İstehsalat xərcləri
+ Hazır məhsulların ehtiyatının artması
- Kapitallaşdırılan xüsusi xərclər
= Maliyyə nəticələri
Cədvəl 4.3 və 4.4-də qanunvericilikdə öz əksini tapan ümumi və
müstəqim xərclər metodlarının strukturu, habelə maliyyə nəticələrinin
müvafiq blokları verilmişdir. Bu bloklar mənfəət və zərərlər haqqında
hesabatda əks etdirilmir. Eyni zamanda aralıq nəticələri yol veriləndir və
iqtisadi cəhətdən rasionaldır.
Müstəqim və ümumi xərclər metodlarına uyğun olaraq mənfəət və
zərərin tərkibi haqqında cədvəlləri verək (cədvəl 4.5 və cədvəl 4.6):