aqreqasiya olunan
balans
deyilir. Müəssisənin mövcud əmlakının və öhdəliklərinin struktu-
runun təhlili aqreqasiya olunan balans əsasında aparıla bilər. Aqreqasiya
olunan balansın sxemi cədvəl 3.1-də verilir.
Cədvəl 3.1
Aqreqasiya olunan balansın sxemi
AKTİV
PASSİV
1.
Əmlak
1.
Əmlakın mənbələri
1.1.
Səfərbər edilən aktivlər
1.1. Xüsusi kapital
1.2.
Mobil dövriyyə aktivləri
1.2. Borc kapitalı
1.2.1. Ehtiyatlar və xərclər
1.2.1. Uzunmüddətli öhdəliklər
1.2.2. Debitor borcları
1.2.2. Qısamüddətli kreditlər və
borclar
1.2.3. Pul vəsaitləri və onun
ekvivalenti
1.2.3. Kreditor borcları
Analitik balansın yuxarıda verdiyimiz sxemindən istifadə etməklə,
təşkilatın maliyyə vəziyyətinin bir sıra mühüm xarakteristikasını əldə etmək
mümkündür:
müəssisənin əmlakının ümumi dəyəri;
əsas və sair dövriyyədənkənar aktivlərin dəyəri;
Maliyyə hesabatı
56
dövriyyə vəsaitlərinin dəyəri;
material dövriyyə vəsaitlərinin dəyəri;
debitor borclarının kəmiyyəti;
sərbəst pul vəsaitlərinin məbləği;
xüsusi kapitalın dəyəri;
borc kapitalının kəmiyyəti;
əsas vəsaitlərin və digər dövriyyədənkənar aktivlərin formalaşması
üçün nəzərdə tutulan uzunmüddətli kreditlərin və borcların kəmiyyəti;
dövriyyə aktivlərinin formalaşması üçün nəzərdə tutulan qısamüd-
dətli kreditlərin və borcların kəmiyyəti;
kreditor borclarının kəmiyyəti.
Müəssisə hər bir təqdim edilən maddənin mühasibat balansında və ya
onun qeydlərində müəssisənin əməliyyatlarına müvafiq olaraq təsnifləş-
dirilən yarımmaddələrə bölünməsini açıqlamalıdır. Hər bir maddə mahiy-
yətinə görə yarımmaddələrə bölünür. Bu zaman əsas təsərrüfat cəmiyyəti və
bütün törəmə cəmiyyətləri, asılı müəssisələr və digər əlaqəli tərəflərdən
alınmalı və ödənilməli məbləğlər ayrıca açıqlanmalıdır.
Mühasibat balansı və qeydlərdəki məlumatların təfərrüatı ilə açıqlan-
ması Milli Mühasibat Uçotu Standartlarının tələblərindən, eləcə də gös-
tərilən maddələrin xarakterindən, funksiyalarından və onların məbləğlərinin
həcmindən asılıdır.
|