Sifariz Səbzəliyev
51
sadə formalı balanslar;
şahmat formalı balanslar.
Dövriyyə (dövriyyə-saldo) balanslarından
aparılan
təsərrüfat
əməliyyatlarının tamlığına cari nəzarət məqsədilə istifadə olunur.
Mühasibat balansının sadə forması
tipik hesab olunur və Respub-
lika Maliyyə Naziirliyi tərəfindən təsdiq edilir.
Şahmat balansı
özündə dövriyyə-saldo balansının bütün əlamətlərini
birləşdirir.
Balans nəzəriyyəsi
prinsiplərinə uyğun olaraq balanslar belə
təsnifləşdirilir:
dinamik balanslar;
statik balanslar;
orqanik balanslar;
proizvod balanslar.
Bazar iqtisadiyyatında
proizvod balanslar
strareji planlaşma (strateji
perspektiv balans), operativ planlaşma (operativ perspektiv balans) və
büdcə planlaşması (direktiv balans) məqsədilə istifadə olunur.
3.4.
Mühasibat balansının maddələrinin qiymətləndirilməsi
xüsusiyyətləri
Müəssisənin mühasibat balansında uzunmüddətli və qısamüddətli ak-
tivlər və öhdəliklər ayrı-ayrılıqda əks etdirilməlidir.
Aşağıdakı hallarda aktivlər qısamüddətli kimi təsnifləşdirilir:
müəssisənin normal əməliyyat dövründə satılmaq və ya istifadə üçün
saxlanıldıqda;
əsasən alqı-satqı məqsədləri üçün və ya qısa
müddət ərzində sax-
lanıldıqda və onların hesabat tarixindən 12 ay müddətində pul və ya pul
ekvivalentlərinə çevrilməsi ehtimal olunduqda;
istifadəsinə məhdudiyyət qoyulmayan
pul vəsaiti və ya onun
ekvıvalenti formasında olduqda.