Maliyyə hesabatı 50
reformasiya olunmayan balanslar.
Əvvəllər
brutto-balans dedikdə, bölüşdürülməmiş mənfəətin əks
etdirildiyi balans başa düşülürdü. Bölüşdürülmüş mənfəət qeydə alınan
balans isə
netto-balans hesab olunurdu. Daha sonralar təsnifatın yeni
əlamətləri meydana gəldi:
reformasiya olunan balanslar ,
reformasiya olunmayan balanslar . Ötən əsrin 90-cı illərinədək Azərbaycanda refor-
masiya olunmayan balanslar tətbiq olunurdu. Başqa sözlə, hesabat ilinin
sonuna mənfəət göstəricisi bölüşdürülmürdü və o, növbəti hesabat dövrünün
ilkin balansında göstərilmirdi. Uçotun müasir praktikası reformasiya olunan
balanslara istinad edir. Konkret olaraq hesabat dövrünün sonunda aşkara
çıxarılan maliyyə nəticələri ilin son gününün dövriyyəsi ilə bölüşdürül-
məmiş mənfəətə birləşdirilir. Bu gün balans-brutto və balans-netto anla-
yışları balansın nizamlayıcı və dəqiqləşdirici maddələri ilə əlaqələndirilir.
Əsas maddələr mühasibat müşahidəsi obyektlərinin azalmayan göstə-
ricilərini, nizamlayıcı maddələr isə əsas maddələrin qiymətləndirilməsinin
kəmiyyətini onların qalıq dəyəri həcmində dəqiqləşdirir. Beləliklə, özündə
nizamlayıcı maddələri birləşdirən mühasibat balansı balans-brutto, nizam-
layıcı maddələrsiz balans isə balans-netto adlanır.
İqtisadi fəaliyyət növləri üzrə balanslara aiddir:
nizamnaməli balanslar;
nizamnaməsiz balanslar.
Nizamnaməli mühasibat balansları təşkilatın nizamnaməsində qeyd
olunan əsas fəaliyyəti üzrə maliyyə vəziyyətini açıqlayır.
Nizamnaməsiz mühasibat balansları müvafiq hüquqi şəxsin sair
fəaliyyət növləri (nizamnamədə olmayan) üzrə informasiyaları təqdim edir.
Xalq təsərrüfatının sahələri üzrə mühasibat balansları aşağıda-
kılara bölünür:
sənaye müəssisələrinin balansı;
kənd təsərrüfatı müəssisələrinin balansı;
ticarət müəssisələrinin balansı;
nəqliyyat təşkilatlarının balansı və i.a.