Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Xarici iqtisadi fəaliyyətin təşkilində nəqliyyatın rolunu xarakterizə edən əsas xüsussiyyətlərə



Yüklə 175,75 Kb.
səhifə16/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   170
SDU nəqliyyat

Xarici iqtisadi fəaliyyətin təşkilində nəqliyyatın rolunu xarakterizə edən əsas xüsussiyyətlərə bunları aid etmək olar:

  • Nəqliyyat məhsul və mal istehsalçısı olmasa da, onların hərəkətində əsas vasitələrdən biri olmaqla, bu proseslərdə əlavə dəyər və xərc yaradır. Bununla da nəqliyyat xidməti formalaşır və məhsulun (malın) qiymətındə mühüm amilə çevrilir;

  • Nəqliyyat xidməti xarici-iqtisadi fəaliyyətin bütün tsikllərində iştirak etməklə bərabər, istehsal və alınmış məhsulun (malın) son təyinat nöqtəsinə çatdırılmasında mühüm vasitə kimi əhəmiyyət kəsb edir;

  • Nəqliyyat ixrac (idxal) üçün nəzərdə tutulan mallarla (məhsullarla) birlikdə beynəlxalq əmtəə mübadiləsi proseslərinin və dünya ticarəti əməliyyatlarının daimi komponentinə çevrilməklə yanaşı, özü Beynəlxalq iqtisadi münasibətlərin aparıcı fəaliyyət sahələrindən birini – Beynəlxalq nəqliyyat əməliyyatlarını, nəqliyyat xidmətini formalaşdırır;

  • Nəqliyyat xərc maddəsi kimi bazar iqtisadiyyatı şəraitində xarici-iqtisadi fəaliyyətin səmərəliliyində mühüm əhəmiyyət daşıyır. Belə ki, enerjidaşıyıcıların, yanacağın, xammal və materialların qiymətlərinin dəyişməsində, ixrac (idxal) məhsullarının (mallarının) qiymət rəqabətqabililiyinin təmin olunmasında nəqliyyat xərcləri əksər hallarda həlledici statusa malik olur;

  • Nəqliyyat təminatının optimal reallaşdırılması xarici-iqtisadi fəaliyyət iştirakçılarının kontrakt üzrə öhdəliklərinin yerinə yetirilməsinə birbaşa təsir edir;

  • Nəqliyyat amili bir çox hallarda bağlanacaq ixrac (idxal) kontraktlarının mühüm fazası kimi obyektiv zərurətə çevrilir. Belə ki, bu qəbildən olan kontraktların imzalanmasının əsas şərtlərinin yerinə yetirilməsi nəqliyyat təminatının səviyyəsindən, etibarlılığından, mobilliyindən, effektivliyindən, xidmət haqqının sərfəli olmasından, nəqliyyatın sığorta mexanizminin işləkliliyindən asılı vəziyyətdə olur;

  • Çoxşahəli fəaliyyət imkanına malik nəqliyyat sistemi özünün çoxfunksiyalı imkanları ilə xarici-iqtisadi fəaliyyət subyektinin kontrakt öhdəliklərinin yerinə yetirilməsi variantlarının modelləşdirilməsinə, optimallaşdırırlmasına şərait yaradır və s.




Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin