Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Mövzu 2. Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyatın rolu



Yüklə 175,75 Kb.
səhifə15/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   170
SDU nəqliyyat

Mövzu 2. Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyatın rolu



    1. Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyat təminatının mahiyyəti.

    2. Xarici-iqtisadi fəaliyyətin səmərəliliyində nəqliyyat amili.

    3. Xarici-iqtisadi fəaliyyət nəqliyyat təminatında logistikanın

rolu.

    1. Xarici-iqtisadi fəaliyyətdə nəqliyyat təminatının madditexniki bazası.



2.1. Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyat təminatının mahiyyəti

Xarici iqtisadi fəaliyyatin effektivli təşkili kompleks mürəkkəb tədbirlərin reallaşdırılmasını, bu prosesdə bir qrup mühüm komponentlərin nəzərə alınmasını şərtləndirir. Bunlardan biri də - nəqliyyat amilidir.



Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyat təminatı – özündə nəqliyyat növünün uğurlu seçılməsi, onun maddi-texniki bazasının formalaşdırılması, nəqliyyat parkının potensialının yaradılması, əlverişli nəqliyyat şərtlərinin müəyyənləşdirirlməsi, mümükün qədər nəqliyyat xərclərinin optimallaşdırılması, xariciiqtisadi əlaqələr və xarici-iqtisadi fəaliyyət iştirakçılarının qarşılıqlı öhdəliklərinin yerinə yetirilməsində nəqliyyatla bağlı öhdəliklərin vaxtında və kontrakt şərtlərinə uyğun yerinə yetirilməsi, səmərəli nəqliyyat logistikası şəbəkəsinin təmin olunması və sairləri birləşdirir.

Məlumdur ki, xarici-iqtisadi fəaliyyətlə bağlı kontraktların icrası zamanı müxtəlif həcmli və xarakterli yüklərin təyinat ünvanına daşınması zərurəti ortaya çıxır. Əslində kontrakt üzrə bir yerdən digər yerə daşınması nəzərdə tutulan “yük”- kontraktın əsas predmeti kimi çıxış edir. Başqa sözlə, beynəlxalq statuslu kontraktın bağlanmasının mühüm missiyası tərəflərin bu və ya digər mala olan tələbatının ödənilməsidir. Bu baxımdan nəqliyyat xidmətinin yüksək standartlar səviyyəsində təminatı xarici-iqtisadi fəaliyyətin mühüm tərkib hissəsi kimi çıxış edir və həlledici amilə malikdir.




Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin