G i r i ş
Dünya iqtisadi prossesləri sürətləndikcə və qloballaşma hüdudları genişləndikcə beynəlxalq nəqliyyat əməliyyatlarının əhəmiyyəti durmadan artmaqdadır. Bu ilk növbədə Beynəlxalq İqtisadi Münasibətlər sistemində nəqliyyat faktorunun önəmli rol oynaması ilə bilavasitə izah olunur.
Beynəlxalq iqtisadi münasibətlərin və xarici-iqtisadi fəaliyyətin genişlənməsi, xarici-ticarət əməliyyatlarının həcminin sürətlə artması, bu sahənin əhəmiyyətini şərtləndirən əsas amillərdəndir. Bu baxımdan beynəlxalq nəqliyyat əməliyyatları anlayışının mahiyyətini, növlərini, məzmununu və bu sahənin işinin təşkili, nizamlanması, hüquqi əsaslarının formalaşdırılması məsələlərinin öyrənilməsi aktuallıgı ilə diqqəti cəlb edir.
Müasir dövrdə beynəlxalq nəqliyyat sistemləri və onların başlıca xüsusiyyətləri dünya iqtisadi proseslərinin xüsusiyyətləri ilə üst-üstə düşür. Başqa sözlə, dünya iqtisadiyyatı qloballaşdıqca və iqtisadi transformasiyalara məruz qaldıqca, beynəlxalq nəqliyyat əməliyyatlarının genişləndirməsi, bu xidmətlərin təkmilləşdirilməsi və effektivliyinin artırılması zərurəti yaranır. Bu baxımdan səmərəli nəqliyyat əməliyyatlarının təşkili, bu sahənin intensiv inkişafı, beynəlxalq nəqliyyat qovşaqlarının və marşrutlarının təkmilləşdirilməsi, nəqliyyat əməliyyatları üzrə beynəlxalq hüquq normalarının və nizamlayıcı konvensiyaların, nəqliyyat rejimlərinin effektivliyinin artırılması, yükdaşıma prosedurlarının sadələşdirilməsi, nəqliyyat təhlükəsizliyinin təmin edilməsi və digər mühüm tədbirlərin həyata keçirilməsi məsələləri mühüm əhəmiyyət kəb edir.
Son 25 il ərzində dünyada yeni dövlətlərin yaranması, iqtisadi güc mərkəzlərinin transformasiyası, əmtəə bazarlarının genişlənməsi, iqtisadi inteqrasiya cografiyasının intensivləşməsi, qiymət rəqabətinin güclənməsi Beynəlxalq Nəqliyyat Əməliyyatlarının (BNƏ) səmərəliliyi məsələlərinə diqqəti xeyli artırmışdır. Ölkələrarası və regionlararası xarici-iqtisadi əlaqələrin, kooperasiya və təsərrüfat münasibətlərinin güclənməsi nəqiyyatın rolunu birə-beş artırmışdır. Heç də sirr deyildir ki, səmərəli nəqliyyat sıstemi, optimal logistika strukturu, mobil nəqliyyat vasitələri xarici ticarət fəaliyyətinin gücləndirilməsində və iştirakçılarının sayının artırılmasında başlıca amillərdən hesab olunur. Təsadüfi deyildir ki, hazır məhsulun dünya bazarlarına çıxarılmasında həlledici amil kimi çox vaxt nəqliyyatın təşkili məsələsi durur. Belə ki, dünya praktikasında malın təsərrüfat və satış tsiklində istehsal prosesi cəmisi 2 % vaxt aparır, yerdə qalan 98 % isə birbaşa və ya dolayı olaraq malın hərəkəti ilə baglıdır.
Qeyd etmək lazımdır ki, müstəqillik illərində Azərbaycanda nəqliyyatın inkişafına və xüsusi ilə BNƏ-nin səmərəli təşkili üzrə ugurlu dövlət siyasəti formalaşdırılmışdır. Ölkəmiz regionun ən iri nəqliyyat layihələrinin əsas təşəbbüskarı və maliyyə təminatçısı kimi çıxış etmişdir. Bu istiqamətdə tarixi işlər və tədbirlər davam etməkdədir. Azərbaycan Avropa ilə Asiya arasında əlverişli Beynəlxalq nəqliyyat qovşagı kimi öz mövqeyini gücləndirməkdədir.
Təqdim edilən bu dərs vəsaitində BNƏ fənni üzrə mühazirələr, bu fənn üzrə proqram, tədris prosesi üçün mühazirələrin (məşgələlərin) təxmini mövzuları və dərs bölgüsü verilmişdir.
Dostları ilə paylaş: |