1878-ci ildə ingilis din xadimi Uilyam But tərəfindən yaradılmış Xeyriyyəçilik və dini (yevangeliya) fəaliyyətlə məşğul olan beynəlxalq təşkilatdır. Təşkilat insanların əzablarına qarşı mübarizəni bir məqsəd olaraq qarşına qoymuşdur. Təşkilatın Beynəlxalq mərkəzi Londonda yerləşir. Təşkilatın proqramı dünyanın yüz ölkəsində, yüz iyirmi dildə həyata keçirilir. Proqrama aşağıdakı istiqamətlər daxildir:
aclar üçün yer (təşkilatın 15 min yeməkxanası var);
yaşlılara qayğı göstərilməsi (258 qocalar evində 15 min insan xidmət göstərir);
təhsil (mindən çox ibtidai və orta məktəblərdə iki yüz səksən min uşaq təhsil alır);
cüzama qarşı mübarizə (təşkilata məxsus olan üç leprozorid (cüzamlılar üçün xüsusi xəstəxana) iki yüzə yaxın xəstə lazımi müalicə alır);
alkoqolizm və narkomaniya (alkoqolizmdən əziyyət çəkən xəstələr üçün 105 sığınacaq və mərkəz, narkomaniyanın müalicəsi proqramı çərçivəsində ildə 15 mindən çox insana kömək edilmişdir);