verilməsini diqqətdə tutmağı tələb edir.
baxımdan böyük təsirə malikdir.
77
plana atmışdır və bu elə kapitalizmin mahiyyətindən doğur. Ona
görə də bu cəmiyyətdə terror, qəza, cinayət, korrupsiya halları
həmişə baş vermişdir. Sosializmdə isə (aparıcı) ictimai maraqlar
aparıcı olduğu üçün bu hallar xarakterik olmamışdır. Bazar
iqtisadiyyatının bərqərar olduğu indiki halda Azərbaycanda da
fərdi, şəxsi mənafelər önə keçmiş, pul hərisliyi yaranmışdır. Mala,
pula, varidata hərislik bir çox halda bəzi təhsil və tərbiyə
səviyyəsi aşağı olan insanları humanizm hisslərindən uzaqlaş-
dırmaqdır. Onlar tutduqları vəzifə imkanlarından istifadə edərək
onlara müraciət edən insanları incidir, bezikdirir, onları rüşvət
verməyə
təhrik edir, yaxud istehsalçıdırsa, saxta
əmtəə
hazırlamaq yolunu seçir, zay məhsulu ilə pul qazanmağa çalışaraq
xalqın sağlam məişətinə ziyan vurur, yaxud elmdə, təhsildə
saxtakarlıq yolu ilə millətin gələcəyinə zərbə vuraraq əyri
yollarla, çirkli pullarla şəxsi həyatının firavanlığına çalışır.
Hazırda Azərbaycanda da belə hallar çoxdur. Bu hallara qarşı
mübarizə aparmağa gəncləri hazırlamaq məqsədi də onlara
humanizmi aşılamaq, humanist və yüksək vətəndaş, ləyaqətli
olmalarını məhz bu prinsiplə təmin etmək lazımdır.
Beləliklə, bu nəticəyə gəlmək olar ki, humanistləşdirmə
dedikdə, “insani”, “bəşəri” hisslər nəzərdə tutulur. “Qurani-
Kərim”də deyilir: “İnsanlar, yaxşılıq edin! Allah yaxşılıq edənləri
sevir”. Bir mahnıda deyilir: “Ey insanlar, sülhə gəlin, yoxsa
dünya məhv olar”. Böyük şairimiz M.Ə.Sabirin nəzərincə,
humanizm budur:
“Kim ki insan sevir, sahibi-huriyyət olur,
Bəli, huriyyət olan yerdə insanlıq olur”.
Beləliklə, hər bir müəllim istər dərsdə, istərsə də sinif-
dənxaric və məktəbdənkənar məşğələlərdə şagirdlərə humanist
ideyaları aşılamalıdır. Bu ideyalar aşağıdakılardır: xeyirxahlıq,
yaxşılıq, dostluq, sədaqət, nəzakət və s.
Təcrübə göstərir ki, məktəblərdə humanist əhval-ruhiyyəni
həyata keçirən demokrat müəllimlər olur. Çünki bu müəllimlər
avtokrat və avtoritar, liberal müəllimlərdən fərqlənir. Məktəbdə
humanist ideyaları həyata keçirmək üçün demokratik şərait
78
olmadan heç bir humanist ideyaların həyata keçiriləcəyindən
söhbət gedə bilməz.
Əslində bu gün prinsiplərə çevrilmiş bu yanaşmalar
pedaqogikanın tədris təcrübəsində mövcud olmuşdur.
Təlim prosesinin humanistləşdirilməsinin tarix, ədəbiyyat,
sosiologiya, psixologiya, hüquq və digər insan haqqında fənlərin
tədrisində geniş yer verilir. Neqativ hallara qarşı mübarizə
aparmaq üçün bu prinsipin imkanlarından istifadənin zəruriliyinə
daim diqqətin artırılması zəruridir. Humanistləşdirmə hər şeyin
insan üçün, insan naminə edilməsini tələb edir. Bu prinsiplərin
nəzərə alınmasının pedaqoji texnologiyaların tətbiqi zamanı müəl-
lim tərəfindən sərbəst olaraq həyata keçirilir. Hətta funtamental
fənlərin öyrədilməsi zamanı tarixi faktlara müraciət edilməsi, elmi
kəşflər, ixtiralar edən şəxsiyyətlər haqqında danışılması, onların
əxlaqi-mənəvi keyfiyyətlərinin və fənni tədris edən müəllimin
humanizm nümunəsi bu baxımdan böyük təsir gücünə malikdir.
İnsanın tərbiyəsi məsələsi zaman-zaman bu və ya digər şəkildə
vacib bir problem kimi bu işlə məşğul olanları düşündürmüşdür.
Böyük yunan filosofları Sokrat, Platon və Aristotelin bu vacib
məsələni əhəmiyyətli bir iş hesab etmələri diqqəti cəlb edir.
XI-XII əsrlərdə Qətran Təbrizi, Xətib Təbrizi, Bəhmənyar,
Əfzələddin Xaqani, Nizami Gəncəvi kimi mütəfəkkirlərin təlim
və tərbiyənin insanın xoşbəxtliyi üçün gözəl vasitə olduğunu
dönə-dönə qeyd etmişlər. Nizaminin ictimai-faydalı əmək və
insanlara təmənnasız, yardımla bağlı fikirləri humanist tərbiyənin
əsas prinsiplərindən biri hesab edilir.
Ancaq humanist tərbiyə ilə pedaqoji prosesin humanist-
ləşdirilməsini bir-birindən fərqləndirmək lazımdır. Humanist
tərbiyənin, humanist hisslərin, keyfiyyətlərin aşılanması humanist
qabiliyyətlərin şagirdlərə aşılanması kimi başa düşülür.
Pedaqoji prosesinin humanistləşdirilməsi və humanitar-
laşdırılması məktəbdə humanist psixoloji mühitin yaradılması
kimi başa düşülməlidir. Humanistləşdirmə eyni zamanda məktəb-
daxili idarəetmənin tərkib hissəsidir.
downloaded from KitabYurdu.org
79
Humanistləşdirmə müəllim-şagird münasibətini birtərəfli
yox, “öyrədim-öyrən”, “öyrəndiklərinə əməl et” prinsipinə uyğun
öz həllini tapmalıdır.
Məktəbin idarə olunmasının, quruluşunun büsbütün
yeniləşdirilməsi, humanist demokratik prinsip əsasında idarə
olunması təhsil sahəsində islahatların tələblərindən irəli gəlir.
Pedaqoji əməkdaşlıq ideyası məktəbin ruhudur və məktəbdə hər
şey bu ideyaya istiqamətlənməlidir. Məktəblərdə aparılan təcrübə
və müşahidələrdən məlum olmuşdur ki, müəllim şagirdlərlə müx-
təlif formalarda ünsiyyət və münasibətdə olur. Həmin yanaşma
növlərindən ən səmərəlisi demokratik əməkdaşlıq növüdür. Belə
əməkdaşlıqda müəllim şagirdlərlə gündəlik təmasda və ünsiy-
yətdə olur. Burada müəllim uşaqların fərdi-psixoloji xüsusiy-
yətlərini nəzərə alır. Belə müəllim öz fəaliyyətində kollektivə
arxalanır, onlarla məsləhətləşir, uşaqların tənqidi qeydlərinə diq-
qətlə qulaq asır, onların fəallıq və təşəbbüskarlığını inkişaf etdirir.
Dostları ilə paylaş: