Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir


MÜHAZİRƏ 8 3.6. Açarların intiqalları



Yüklə 0,94 Mb.
səhifə10/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Avadanlıqlar

MÜHAZİRƏ 8
3.6. Açarların intiqalları
Açarın intiqalı açarşn qoşma, qoşulu vəziyyətdə saxlama saxlama və açma əməliyyatlarını yerinə yetirmək üçündür.
İntiqal – ğöstərilən əməliyyatları yerinə yetirmək üçün lazımi qüvvə yaradan xüsusi qurğudur. Bəzi açarlarda intiqal onun kontakt sistemi ilə tam konstruktiv əlaqədədir (hava açarları).
İntiqalın əsas hissələri bunlardır: qoşma mexanizmi, bağlayıcı mexanizm (cancaq, tutqac) – açarı qoşulma vəziyyətində saxlayır, və açma mexanizmi – açılmada cancağı azad edir.
Mövcud acarların konstruksiyalarında intiqalın ən böyük işi aşılmada olur, çünki bu əməliyyatda hərəkətli kontaktların kütləsini, açan yayların müqavimətini, hərəkət edən hissələrdə ətaləti və qüvvələri dəf etmək lazımdır. Bundan başqa qısa qapanmada qoşulmada intiqal mexanizmi kontaktları bir birindən itələyən elrktrodinamik qüvvələrə üstün gəlməlidir.
Qoşulma əməliyyatı açarın kontaktlarının əriməməsi üçün tez yerinə yetirilməlidir. Qoşulma vaxtı az olduqca, avtomatik təkrar qoşulmada (ATQ) pauza az olur.
Açılmada intiqalın işi mexanizmi qoşulma vəziyyətində saxlayan sancağın azad olumasından ibarətdir. Açılma özü sıxılmış və ya dartılmış açma yaylarının qüvvələri hesabına olur.
Qoşulmaya və açılmaya sərf olunan enerji mənbəyinə görə əl, yay, elektromaqnit, pnevmatik, hidropnevmatik intiqallar mövcuddur.
Əl intiqalları azgüclü açarlarda, operatorun əzələ gücünün işi görmək üçün kifayət etdiyi azgüclü açarlarda tətbiq edilir. Açılma isə avtomatik olaraq intiqala quraşdırılmış relenin köməyi ilə ola bilər.
Yaylı intiqal vasitəsiz əlaqə intiqalıdır. Onun qoşulması üçün enerji əl ilə və ya az güclü mühərriklə güclü yayda yığılır. Hər qoşulmadan sonra yay yenidən yığılmalıdır.
Adətən intiqal yayı yığan xüsusi mühərriklə təmin olunur. Belə intiqal ATQ işləməsinə imkan verir.
Yay intiqalları özünün idarəsi üçün sabit cərəyan mənbələri tələb etmir, bu da digər intiqallarla müqayisədə mühüm əhəmiyyət kəsb edir.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin