7.3. TRANSFORMATORLARIN GƏRGINLIYININ TƏNZIMI İşlədicilərin normal işi üçün yarımstansiyaların şinlərundə gərginliyi müəyyən səviyyədə saxlamaq lazımdır. Elektrik şəbəkələrində gərginliyin tənzimi üçün müxtılif üsullar vardır, onlardan biri də transformatorun transformasiya əmsalını dəyişdirməkdir. Məlumdur ki, transformasiya əmsalı ilkin gərginliyin ikinciyə nisbəti və ya sarğılar sayının nisbəti ilə təyin olunur:
n = = ,
burada w1 , w2 – müvafiq olaraq birinci və ikinci dolaqda dolaqların sayıdır.
Buradan:
U2 = U1 Transformatorun dolaqları əlavə qollarla təmin edilir, onların köməyi ilə müxtəlif transformasiya əmsalı almaq olar. Qolların çevrilməsi təsirlənməsiz ola bilər (ПБВ), yəni bütün dolaqlar şəbəkədən açıldıqdan sonra və ya yük altında (РПН).
ПБГ qurğusundan adətən mövsümi tənzimləmə üçün istifadə edilir, o gərginliyi +/- 5% həddində tənzimləməyə imkan verir, bunun üçün az güclü transformatorlar əsas çıxışdan başqa yüksək gərginlik dolağından iki qola ayrılırlar +5% və - 5%. Əgər transformator əsas çıxışda işləmişsə və gərginliyi ikinci U2 tərəfdə artıtmaq lazım gələrsə, onda transformatoru açaraq - 5%. budaqlanma çevrilməsi aparılır, buninla sarğıların sayını w1 azaldırlar.
Orta və böyük güclü transformatorlarda dörd budaqlanma 2 2,5% nəzğrdə tutulur, onların çevrilməsi hər faza üçün ayrıca baraban tipli xüsusi çeviricilərlə aparılır. Çeviricinin intiqalının dəstəyi transformatorun qapağı üzərində olur.
PПН transformatorun dolağının budaqlanmasını dövrəni açmadan çevirməyə imkan verir. PПН qurğusu gərginliyin, transformatorun gücündən və gərginliyindən asılı olaraq, müxtəlif hədlərdə tənzimlənməsinə imkan verir ( 10-dan 16%-ə qədər). Tənzimləmə pilləsi YG tərəfdə olur, çünki cərəyanın az olması çevirici qurğunu yüngülləşdirir.
Gərginliyin yük altında tənzimləmək üçün güclü transformatorlarda və avtotransformatorlarda ardıcıl tənzimləmə transformatorları tətbiq edilir. Belə transformatorların quruluşu PПН -ə nisbətən çox mürəkkəbdir, ona görə onlar bahadır və tətbiqi məhduddur.