Dərs vəsaitivə metodik vəsaitlər: Əsas "Bədən tərbiyəsi və idman tarixi". A.Əliyev, D. Quliyev,Bakı- 2005



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix10.05.2022
ölçüsü0,58 Mb.
#57336
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
Fiziki tərbiyənin tarixi (Mühazirələr)

   Üçüncü dövr. Yeni dövrün bədən tərbiyəsi tarixi. Bu, burjua - demokratik tipli 

bədən tərbiyəsinin əmələ gəlməsi və hakim mövqe tutmasından bəhs edir. 



   Dördüncū dövr. Ən yeni dövrün bədən tərbiyəsi ve idman tarixi. Bu, 70 illlik 

sosialist  tipli  sovet  fiziki  tərbiyəsinin  formalaĢması  və  onunla  yanaĢı  inkiĢaf 

etməkdə  olan  ölkələrdə  idmanın  ve  bədən  tərbiyəsinin  yaranması,  həmçinin 

inkiĢaf etmiĢ demokratik ölkələrdə idmanın inkiĢafından bəhs edir.  



  Bədən  tərbiyəsi  və  idman  tarixini  öyrənərkən  onun  bu  və  ya  digər  sosial-

iqtisadi  formasiya  çərçivəsində  davam  edən  inkiĢafının  ümumi  və  spesifik 

qanunauyğunluqlarını,  cəmiyyətin  maddi  Ģəraitinin  ve  tərəqqisinin  əsas 

səbəblərini aydınlaĢdırmağa xüsusi fikir vermək lazımdır. Fənnin məzmununda 

Vətən məfhumuna xüsusi yer verilir. Bədən tərbiyəsi və idmanın ümumi tarixi 

ilə ahəngdar surətdə əlaqələndirilmiĢdir.  



   Bədən  tərbiyəsi  və  idman  tarixinin  əsas  metodoloji  mənbələri  idman  növləri 

üzrə  federasiya  və  assosiasiyaların,  hökümətin  iqtisadiyyata,  mədəniyyətə, 

fiziki  tərbiyə  məsələlərinə  dair  qərarlarından  və  ümumi  tarix  materiallarından 

ibarətdir.  Qədim  mədəniyyətə  aid  arxeoloji  abidələr,  etnoqrafik  materiallar, 

folklor əsərləri, dövrü mətbuat, bədən tərbiyəsi və idman məsələlərinə toxunan 

pedoqoqların  əsərləri  də  mühüm  mənbələrdən  sayılır.  Bunlardan  əlavə,  bədən 

tərbiyəsi  və  idman  təĢkilatlarının  fiziki  tərbiyə  haqqında  statistika  və 

hesabat materiallarına  da  diqqət  yetirilmiĢdir.  Bədən  tərbiyəsi  və  idman  tarixi 

üçün obyektivlik əsas Ģərtdir. Məhz bu prinsip bədən tərbiyəsi və idmanın dərin 

inkiĢaf  proseslərini  obyektiv  cəhətdən  baĢa  düĢməyə,  nəzəriyyə  və  praktikada 

müxtəlif əyintilərə qarĢı uğurlu mübarizə aparmağa, bədən tərbiyəsi və idmanın 

proqressiv inkiĢafına təsir göstərməyə imkan yaradır.  

   Bədən  tərbiyəsi  və  idman  tarixi  fənni  gənclərin  dünya  görüĢünün 

formalaĢmasına, bu sahədə təhsilli mütəxəssislər tərbiyə etməyə, onları Vətənə, 

xalqa sadiq adamlar kimi yetiĢdirməyə təsir göstərən fənlər sırasına daxildir. Bu 

fənn  gələcək  mütəxəssisləri  bədən  tərbiyəsi    sahəsində  lazımi  biliklərlə 

silahlandıraraq  onların  mədəni  və  siyasi  dünyagörüĢünü  geniĢləndirir,  həyatın 

ictimai təzahür forması olan tarixin inkiĢaf qanunauyğunluqlarını açıb izah edir, 

keçmiĢi  qiymətləndirməkdə,  bu  günümüzü,  sabahımızı  baĢa  düĢməkdə  onlara 

yardımçı  olur  və  müasir  bədən  tərbiyəsi  sistemini  təkmilləĢdirmək  üçün  əldə 

olan təcrübədən daha səmərəli istifadə etmək yollarını göstərir.  

Bədən  tərbiyəsi  və  idman  tarixi  üzrə  biliklər  gəncləri  vətənpərvərlik, 

beynəlmiləlçilik  və  xalqlar  arasında  dostluq  ruhunda  tərbiyə  etməkdə  güclü 

vasitədir.  Bu  fənn  gələcək  müəllim  və  məĢqçilərdə  yüksək  mədəniyyət, 

Olimpiya  ideyalarına  sədaqət,  xalqlar  arasında  düĢmənçilik  ideyalarına  ve 

mənaviyyatsızlığa qarĢı barıĢmazlıq kimi keyfiyyətləri formalaĢdırır.  

2. ĠLK ĠNSAN MƏSKƏNLƏRĠ 

(DaĢ dövrü) 




 

       Azərbaycan ən qədim insanın məskunlaĢdığı ərazilərdən biridir. Alimlər ən 



qədim  insanların  sümüyü  əsasında  onların  zahirini  təsvir  etmiĢlər.  Ən  qədim 

insanlar iri meymuna oxĢamıĢlar. Onların əlləri dizə qədər uzanır, ov edir. yem 

toplayır, müdafiə olunurdular. Onların alnı ensiz və maili idi. Bədənlərinin çox 

hissəsi  tüklə  örtülü  idi.  Füzuli  rayonu  yaxınlığında  Azıx  mağarasında  qədim 

insan üzləri və insanin alt çənə sümüyü aĢkar edilmiĢdir. Bu insan b.e.ə. 450-

350 min il  




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin