Dersin Adı


Elektrik xassələri 1.2 Optik xassələri



Yüklə 1,78 Mb.
səhifə4/6
tarix03.11.2022
ölçüsü1,78 Mb.
#67293
1   2   3   4   5   6
Slayd - 1 - Dielektriklər fizikasının əsasları

Elektrik xassələri

1.2 Optik xassələri

Dielektrik və metalların optik xassələrini müqayisə edərkən qeyd etmək lazımdır ki, metallardakı sərbəst elektronlar onların səthindən elektromaqnit dalğalarının, praktiki olaraq, tam əks olunmasına gətirib çıxarır (metalların xarakterik par-laqlığı bununla bağlıdır). Bunun əksinə olaraq, optik tezlikli elektromaqnit dalğalar asanlıqla dielektrikə daxil olur və əksər dielektriklər optik şəffafdır (onların bəzilərinin rəngliliyi və qeyri-şəffaflığı işığı udan aşqarların olması və ya işığın strukturdakı qeyri-bircinslilikdə səpələnməsi ilə izah olunur).

1.3 İstilik və mexaniki xassələri

Dielektrik və metalların istilik xassələri, əsas etibarilə istilikkeçiriciliyinin qiymətinə görə fərqlənir. Metalların yük-sək istilikkeçiriciliyinə malik olması istiliyin daşınmasında sərbəst elektronlar qazının iştirak etməsidir; bərk dielektriklərdə isə istilik, əsas etibarilə, kristallik qəfəsin rəqsi hesa-bına yayılır. İstilik genişlənməsinin, eləcə də istiliktutumunun miqdarına görə dielektriklər və metallar keyfiyyət baxımından fərqlənmirlər.

Mexaniki xassələrinə görə kristallik dielektriklər yüksək kövrəkliyi və bərkliyi ilə fərqlənir. Metallar isə plastik və elastikdir.

Zona nəzəriyyəsi

Zona nəzəriyyəsi metal, dielektrik və yarmıkeçiricilər üçün müasir fizikanın əsasını təşkil edir. Bu, bərk cismin kvant mexanikası nəzəriyyəsidir. Zona nəzəriyyəsi metallarda, yarım-keçiricilərdə və elektron keçiriciliyinə malik dielektriklərdə elektrikkeçiriciliyinin mahiyyətini açıqlamağa imkan verir.


Həyəcanlanmış (qeyri -sabit) enerji səviyyələri
Aşağı enerji səviyyələri (sabit)
qaz emissiyasının xətt spektri
Zona nəzəriyyəsi
QZ
KZ
VZ
W
bərk cismin zona quruluşu
Metallar metal rabitəsi
Keçiricilər
VZ
KZ
W=0
Yarımkeçiricilər
QZ
KZ
VZ
W
W 3-ə qədər
Dielektriklər
QZ
KZ
VZ

Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin