Dərsin səciyyəvi xüsusiyyətləri. Dərsin tipləri və quruluşu. Dərsə verilən müasir tələblər



Yüklə 196 Kb.
səhifə5/12
tarix22.10.2022
ölçüsü196 Kb.
#65898
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   12
6 Muhazire

Mühaziə-seminar. Seminarın mövzu və ya mövzuları mürək­kəb olduqda bunla­rın mahiyyətini, xüsusən araşdırılma istiamət­lə­ri­ni şərh etmək üçün mü­əllim giriş mühazirəsi oxuyur, sonra semina­rın mövzuları üzə­rin­də yuxarıda göstərilən qayda üzrə müstəqil iş başlanır.
Müsahibə. Müsahibə biliklərin şagirdlərlə dialoq prosesində verilməsidir. Tə­lim təcrübəsində müsahibə digər metodlarından daha çox istifadə edi­lir. Müasir dövrdə mücahibəyə biliyi dərk etmənin bütün mərhə­lə­­lərində müraciət olunur. Müsahibə hər bir fərdin effektiv fəaliy­yə­ti­ni təmin edir. Qabaqcıl müəllimlər dərsdə bütün uşaqların fəal­lı­ğı­nı təmin etmək üçün müsahibəyə müraciət edirlər. Müəllim müsahibə prosesində şagirdlərlə əks əlaqə yaradır. O, düz­gün cavabları təqdir etməli, qeyri-dəqiq, səhv cavablara görə uşaq­lara narazlığını bildirməlidir. Müsahibə fəal, oyadıcı metod ol­maq­la diqqəti cəlb edir. Bu metodun başlıca tələbi düşünülmüş su­al­la­rın və şagirdlərin cavablarının ciddi sistemidir. Müsahibə metodu dərsin hər bir mərhələsində müxtəlif təlim məq­sədilə tətbiq olunur. Ev tapşırığı yoxlanarkən, yeni material izah edilərkən, biliyin möhkəmləndirilməsi və təkrarı, yeni biliyin təd­risi məşğələsini yekunlaşdırarkən, şagirdlərin suallarına cavab ve­rərkən müsahibədən istifadə olunur. Müsahibə metodu qədər çox­cə­hətli və effektli metod bəlkə də yoxdur. İnteraktiv metodlr adla­nan priyomların əksəriyyəti məhz müsahibəyə əsaslanır. Müsa­hi­bə zamanı tədris matarialı şagirdlərin şəxsi həyat təcrübəsi ilə əla­qə­ləndirilir. Müəllim əks əlaqə imkanına malik olur. O, şagirdlərin nə­ləri anladıqlarını, nələri anlamadıqlarını asanlıqla aşkara çıxara bi­lir. O, işin gedişi prosesində özünə düzəliş verə, materialın izahı is­ti­­qa­mətini dəyişə, məlumatı dərinləşdirə, genişləndirə, əlavə mə­lu­mat verə bilər. Beləliklə, müsahibə şagirdlərin təfəkkürünü mak­si­mum dərəcədə inkişaf etdirir, onların idrak qabiliyyətinin inkişafını tə­min edir. Müsahibənin gedişində şagirdlərin müstəqil fikir söyləmələri, mü­hakimə yürütmələri imkanı yarandığından müəllim hər bir şa­gir­di öyrənə və inkişaf etdirə bilir. Müsahibənin təşkili prosesi mürək­kəb­dir. Müsahibənin müvəffəqiyyətlə getməsi üçün mövzu və kon­k­ret təlim vəzifəsi düzgün müəyyənləşdirilməlidir. Müəllim müsa­hi­bə­ni hansı istiqamətə, hansı ardıcıllıqla aparacağını təsəvvür etməli, mü­sahibənin məntiqi planını “görməlidir”. Müəllim şagirdlərin hə­min proqram üzrə hazırlığını da aydın təsəvvür etməlidir. Müsahi­bə­nin müvəffəqiyyəti çox vaxt müəllimin verdiyi sualların məzmu­nu və xarakterindən asılı olur. Müəllim məqsədyönlü sual qoy­maq­la şagirdləri “oyadır”, onlar əvvəllər əldə etikləri bilikləri xatır­la­yır, onları ümumiləşdirmək, inkişaf etdirmək yolu ilə yeni bilikləri müs­­təqil mənimsəmələrini təmin edir. Beləliklə, şagirdlər addım-ad­dım yeni biliklərə yiyələnirlər. Müsahibə frontal və fərdi aparılır, frontal müsahibədə şa­gird­lər “canlanır”, onlar arasında rəqabət, yarış baş verir. Bu prosesdə güc­lü uşaqlar cəld reaksiya verirlər. Onlar digər şagirdlərə nümunə olur­lar. Frontal müsahibədən sonra müəllimin fərqlənən şagirdlərin bi­l­i­yini qiymətləndirməsi onlarda razılıq hissi yaradır. Tədris ma­te­ri­a­lının məzmunu və konkret vəzifələrdən asılı olaraq müsahibənin müx­təlif növlərindən istifadə edilir.

Yüklə 196 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin