Qəza təhlukəsi yaradan digər daxili səbəblərdən aşağıdakıları da qeyd etmək lazımdır:
• istehsal vasitələrinin, xüsusən də texnoloji, avadanlıqların, nəqliyyat vasitələrinin və əsas istehsal fondlarının yolverilməz dərəcədə artan aşınması və köhnəlməsi; belə hallar bəzi iqtisadiyyat sahələrində 70-80% təşkil edir;
• Respublikada, eləcə də ondan kənarda, qəza və fəlakət törədə biləcək partlayış, yanğın, kimyəvi, radioaktiv, bioloji təhlükəli istehsalatlardan, maddə və texnologiyalardan istifadə olunmasının miqyasca artması, eyni zamanda təhlukəsizlik təminatı sistemlərinin etibarsızlığı sənayedə nəqliyyat, energetika, kənd təsərrufatı, idarəetmə sistemləri sahələrində texniki təhlükəsizlik səviyyəsinin kəskin dərəcədə aşağı duşməsi;
• istehsalat mədəniyyəti səviyyəsinin və texnoloji intizamın zəifləməsi, iri müəssisələrdə texnologiyanın və vahid texnoloji proseslərin pozulması. Həmçinin əməyə hörmətin səriştəsizliyin, məsuliyyətin azalması nəticəsində zərərli və yüksək texnologiyalı müəssisələrdən ən yaxşı, hətta unikal mutəxəssislərin müxtəlif kommersiya qurumlarına, yaxud xaricə getməsi halları da müşahidə olunur; ;
• iqtisadiyyatda böhranlı halın davam etməsi, respublikanın müəssisələri arasında, eləcə də digər xarici ölkələrdəki möəssisələrlə iqtisadi və texnoloji əlaqələrin qırılması.
Hazırda təhlükə potensiallı obyektlər tikilərkən məhdud sahələrdə çoxlu, bəzən isə yolverilməz dərəcədə sıx halda xeyli energetik obyektlər, radioaktiv və kimyəvi təhlükəli maddə və material işlədilən müəssisələr, güclü elektromaqnit və akustik şüalanma yaradan qurğular yerləşdirilərkən, adətən onların təsirinin nəinki uzunmüddətli nəticələri, hər şeydən əvvəl genetik nəticələri nəzərə alınmır, hətta onların ətraf mühitə heç indiki neqativ təsirinə də diqqət yetirilmir, lazımi təhlükəsizlik tədbirləri görülmür;
• eksterimist qüvvələr və ambisiyalı siyası dairələr tərəfindən qızışdırılan milli və dini separatizm, milli-etnik münaqişələrlə ictimai fəlakətlər törədə biləcək səbəblərdəndir.
Dostları ilə paylaş: |