Dərsin sualları: Fövqəladə Hallarda əhalinin mühafizəsinin əsas konsepsiyası


Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillər sırasına aşağıdakılar aiddir



Yüklə 38,83 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü38,83 Kb.
#47245
növüDərs
1   2   3   4   5   6
Mövzu 1

Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillər sırasına aşağıdakılar aiddir:

• iqtisadiyyat sahələrində ən yeni təhlükəsiz texnologiyalar, istehsalatlar və materialların tətbiqi nəzərdə tutulmaqla inkişafın struktur siyasəti və prioritetlər sistemi hələ işlənib hazırlanmamışdır;

• israfcıl texnologiyalardan istifadə olunması davam edir ki, bu zaman işlədilən təbii ehtiyatların 90%-dən çoxu zərərli istehsalat və məişət tullantıları kimi ətraf mühitə atılır. Eyni zamanda günəş enerjisi, geoterminal və külək enerjisi kimi ən ucuz və təhlükəsiz enerji növlərindən əməli olaraq, istifadə edilmir.

Bunlardan əlavə kriminogen şərait, cinayətkarlıq və коrrupsiyanın güclənməsi, digər təhlukəli sosial hallar, müxtəlif fitnəkarlıq və dezinformasiya da texnogen qəza və fəlakətlərin törəməsinə təsir göstərir.

Təhsilin, fundamental və tətbiqi elmi araşdırmaların lazımi səviyyədə olmaması, әn əvvəl isə həyat fəaliyyətində təhlükəsizliyin təmin olunması sahəsində elmi araşdırmaların qıtlığı kimi amillər cəmiyyətin təhlükəsizliyinə xeyli pis təsir edir.

Müxtəlif fövqəladə halların yaranma səbəblərini təhlil edərkən həm təhlükəsiz texnologiyalar, təhlükəsizlik texnikası, sosial münaqişələr və texnogen qəzalar arasında, həm də sosial və təbii kataklizmlər arasında müəyyən bir qarşılıqlı əlaqə, yəni paragenetik effekt olduğunu da nəzərə almaq lazımdır.

Texnogen qəza və fəlakətlərin miqdarı və miqyasının artmasına baxmayaraq əhalinin təhlükəsizliyinin təmin olunmasına, xüsusən də qabaqlayıcı tədbirlərin yerinə yetirilməsinə və bu sahədə elmi tədqiqatlara ayrılan maliyyə vəsaiti yolverilməz səviyyədə azdır.

Sadalanan bütün bu mənfı halları və prosesləri ətraflı surətdə araşdırmaq və onların arasındakı qarşılıqlı asılılığı aşkar etmək lazım gələcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, maddi, energetik, informatik və psixoloji amillər adamlara, cəmiyyətə və təbiətə vahid bir halda təsir edir. İnsanların bütün fəaliyyət sahələrində enerjidən, maddi sərvətlərdən və informasiyadan səmərəli istifadə edilməsi, fövqəladə hadisələr barədə əvvəlcədən xəbər tutub onların ağır nəticələrinin qarşısının alınması üsullarının işlənib hazırlanmasında bütün bu amillərin rolu öz əksini tapmalıdır.

Bədxah qonşulanmızın ərazi iddiaları, milli münaqişə, milli eksterimizm respublikamız üçün kənardan ciddi hərbi təhlükə yaradır.

Bununla yanaşı, dünyadakı müasir hərbi-siyasi vəziyyət göstərir ki, iri miqyaslı müharibə təhlükəsi ehtimalı xeyli azalmışdır. Azərbaycan üçün başlıca təhlükəni lokal və regional milli silahlı münaqişələr törədir.



Bu nöqtəyi-nəzərdən mülki mühafizənin vəziyyətini təhlil edərkən belə bir faktı diqqətdən qaçırmaq olmaz ki, keçmiş və hazırki hərbi münaqişələrdə (müharibələrdə) yaşayış məntəqələrinə, iqtisadiyyat obyektlərinə, ətraf mühitə dəyən zərərin, eləcə də dinc əhali arasında zədələnmələrin miqyası kəskin surətdə artmaqdadır.

Əgər 1-ci dünya müharibəsi zamanı dinc əhali arasında tələfat cəbhədəki tələfatdan 20 dəfə az, 2-ci dünya müharibəsində təxminən cəbhədəki təlafatla eyni olmuşdusa, adi silahlar işlədilən lokal müharibələrdə dinc əhalinin tələfatı cəbhələrdəki tələfatdan 13 dəfə artıq olmuşdur.

Sosial və texnogen fövqəladə hallar həmçinin kənardan һәm ayrı-ayrı adamlara və idarəetmə orqanlarına, həm də bütün cəmiyyətə fıtnəkarlıqla psixoloji-informasiya təsiri gostərilməklə törədilə bilər (İraqda (Əfqanistanda) olduğu kimi).

İqtisadiyyatın bütün sahələrində texnogen qəzaların, eləcə də təbii və sosial fəlakətlərin sayının artmasına baxmayaraq, onları məhdudlaşdırmaq, nəticələrini aradan qaldırmaq, itkiləri və zərəri azaltmaq üçün nəzərdə tutulan qəza-xilasetmə xidmətinin imkanları azalmaqdadır.

Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, belə hallarda ən vacib obyektlərin sabit işləməsi üçün əvvəlcədən tədbirlər görülməsindən əhalini və təbii mühitin mühafizəsi kimi humanitar işlərin yerinə yetirilməsində bu sahədə qarşıda duran problemlərin səmərəli həllində bütün səviyyədən olan icra orqanlarının rolu olduqca vacib və büyükdür. Hazırda ölkəmizdə hakimiyyət orqanları sisteminin təkmilləşdirilməsi, о cümlədən vahid mülki mühafızə sisteminin yaradılması üzrə işlər başa catmışdır.

Bu gün respublikamızda bütün təsərrüfat sahələrinin fövqündə duran, fövqəladə halların kompleks monitorinqi və qarşısının alınması üzrə vahid qurum təşkil olunmuşdur, ərazilərin, təhlükə potensiallı müəssisələrin, təbii fəlakət mənbələrinin vəziyyətinin sistemli analizi keçirilir. Bu isə yaranan təhlükələrin və qorxulu halların, zərərli və zədələyici təsirlərin vaxtında aşkar edilməsinə, onlara qarşı əvvəlcədən səmərəli tədbirlər görülməsinə imkan verır. Belə bir vəziyyət bütün müşahidə və nəzarət xidmətlərinin səylərini birləşdirməyi, əlaqələndirməyi və fasiləsiz surətdə qarşılıqlı fəaliyyət göstərməyi tələb edir.

Respublikamızda yaranmış sosial-iqtisadi şəraitdə fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və aradan qaldırılmasının effektivliyini artırmaq üçün әn əsas şərtlərdən biri, hazırda müxtəlif idarələrdəki, ən əvvəl isə texnogen təhlükəli sahələrdəki pərakəndə halda olan xilasetmə, müşahidə və nəzarət üzrə qüvvə və vasitələri vahid bir respublika qurumunda cəmləşdirmək və bu qurumun tərkibində fövqəladə halların qarşısının alınması üzrə respublika müşahidə və nəzarət sisteminin yaradılmasıdır.

Sülh və müharibə dövrlərində ehtimal edilən fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması, məhdudlaşdınlması və aradan qaldırılması işləri üzrə respublika səviyyəsindən başlamış obyektlərədək bütün hakimiyyət orqanlarının funksiyaları və məsuliyyətinin müəyyən edilib dəqiqləşdirilməsi, onlar arasında fasiləsiz qarşılıqlı fəaliyyətin təşkil edilməsi tələb olunur.

Müasir dövrdə texnogen və təbii fəlakətlər təhlükəsi, onların dağıdıcı nəticələrinin miqyası artdıqca, rnülki mühafizə özünün əhəmiyyətinə görə ölkənin silahlı müdafiəsinə bərabər səviyyəyə yüksəlir, bir sıra hallarda isə daha vacib əhəmiyyət kəsb edir. Buna görə də ona yetirilən diqqət əhalinin, iqtisadiyyatının, təbii mühitin və ümumiyyətlə, ölkənin iri miqyaslı fövqəladə hadisələrin təsirindən etibarlı surətdə mühafizə edilməsi problemlərinə yetirilən diqqət ciddi və əhəmiyyətli olmalıdır.

Sadalanan bu problemlərin müvəffəqiyyətlə həlli üçün mülki mühafizə sisteminin strukturu və funksiyalarının müəyyən edən hüquqi-normativ bazanın təkmilləşdirilməsi, bilavasitə təsirli qanunlar qəbul edilməsi, sahə üzrə əsasnamə, nizamnamə və tövsiyyələrin dəqiqləşdirilməsi tələb olunur. Bu rəsmi sənədlərlə müəssələrdə, yaşayış məntəqələrində, rayonlarda, nazirliklər və idarələrdə mülki mühafızə orqanlarının və qüvvələrinin funksiyalarını, məsuliyyətini dəqiq müəyyənləşdirmək, bu zaman rayonların mülki mühafizəsinə xüsusi diqqət yetirib ona üstünlük vermək lazımdır.

Mülki mühafızə problemləri üzrə kompleks elmi tədqiqatların aparılmasını təşkil etmək, obyektlərin, ətraf mühitin təhlükəsizliyinin vəziyyətinə nəzarət, eləcə də MM qüvvə və vasitələrinin fəaliyyətinin idarə edilməsi üzrə avtomatlaşdırılmış sistemlərin yaradılmasına başlamaq günün tələbidir. Bunlar fövqəladə halların yaranmasını qabaqlamaq, baş verə biləcək itkilərin qarşısını almaq və ya onları azaltmaq üçün vacib şərtlərdəndir.

Bütün bu problernlər, həyat fəaliyyətində təhlükəsizliyin təminatı sahəsində aparılan fundamental, elmi və tətbiqi araşdırmalar kompleksinin nəticələri əsasında həll edilə bilər.

Belə araşdırmaları ancaq əhali, avadanlıqlar və ətraf mühit üçün təhlükə, qorxu törədə bilən (ehtimal olunan) bütün fövqəladə hadisə növlərini, eləcə də onlardan mühafizə tədbirləri kompleksini modelləşdirmək və sistemli təhlil etmək yolu ilə yerinə yetirmək mümkündür. Belə modelləşdirilmənin obyekt, rayon, sahə və ümumrespublika səviyyələrində yerinə yetirilməsi daha məqsədyönlü olardı, çünki bu halda modelləşdirmə sahələrin konyuktur təsirlərinə məruz qalmazdı. Belə tədbirlər sayəsində mülki mühafızənin nəzəri əsaslarını, sonra onun konsepsiyasını, daha sonra isə yaradılması və fəaliyyəti proqramı və planlarını işləyib hazırlamaq və уa dəqiqləşdirmək metodiki cəhətdən daha düzgün olardı.

21-ci əsrdə cəmiyyətin vә dövlətin təhlükəsizliyinin səviyyəsi mülki mühafızənin inkişafı istiqamətinin nə dərəcədə düzgün seçilməsindən, onun strategiyası proqram və planlarının nə qədər dəqiq işlənib hazırlanmasından və vaxtında reallaşdırılmasından xeyli asılı olacaqdır.

Məşğələnin rəhbəri Ramiz Qasımov




  1. Dezinfeksiya aparmaq üçün istifadə edilən cihazlar. Yolxucu xəstəliklər xəstəxanasında drujinaçıların iş xüsusiyyətləri

a) Dezinfeksiya üçün işlədilən cihazlarlar

Kimyəvi üsulla dezinfeksiya zamanı divarların, döşəmənin, digər əşyaların səthinə dezinfeksiya məhlullarını çiləmək, alt və üst paltarları buxara vermək və s. əməliyyatlar üçün müxtəlif ci­hazlardan istifadə edilir. Hidropult-vedrə, boyaq pultu, avto-

ınaks cihazı, habelə formalin - buxar kamerası ən çox işlədilən sadə cihazlardandır.

Məsələn, hidropult-vedrə dezinfeksiyası məhlullarım çilə­mək üçündür.

O, içərisində porşen hərəkət edən silindr yerləşdirilmiş xüsusi formalı vedrədən, elastik şlanqdan və çiləyici uduqdan ibarətdir. Silindrdəki porşenin hərəkəti ilə dezinfeksiya məhlulu şlanq və çiləyici uduqdan keçib ətrafa çilənir. Divarların şaquli səthləri adətən bu cihaz vasitəsilə təmizlənir.

Formalin buxar kamerasında nisbətən az temperaturda (60°-62°) dezinfeksiya və dezinseksiya keçirmək mümkündüı. Formalin -- buxar dezinfeksiyasından bütün əşyalar, o cümlədən başqa üsullarla dezinfeksiya edilərkən xarab olan xəz, meşin və rezin paltarlar da keçirilə bilər. Kamera, adətən iki adam tərəfin­dən idarə edilir. Onlardan biri təmizlənəcək əşyaları seçir, qrup­laşdırır və kameraya yığır, digəri isə kameranı qızdırır, təmizlən­miş əşyalan kameradan çıxarır, seçib qruplaşdırır və təhvil verir. Əşyalan kamerada ən azı 40 dəqiqə saxlamaqla təmizləyirlər. Bu zaman yalnız formalin ammonyakla neytrallaşdırılandan sonra əşyalar kameradan kənara çıxanla bilər. Həmçinin, formalin ney- trallaşdınlana qədər kameraya yal-ntz əleyhqazda girmək olar.

Ümumiyyətlə, dezinfeksiya işlərini icra edərkən, o cümlə­dən də yoluxucu xəstəliklər xəstəxanasında işləyərkən müəyyən qaydalara, xüsusi iş recimlərinə ciddi riayət olunmalıdır.

b) Yoluxucu xəstəlik xəstəxanasında drujinalarıo iş xüsusiyyətləri

Yoluxucu xəstəliklər xəstəxanası yoluxucu xəstələrin yer- ləşdirilməsini, müalicəsini və eyni zamanda, yoluxmanın xəstəxa­nadan kənara yayılmasının qarşısının alınmasını təmin edən xüsusi müalicə profilaktika müəssisəsidir. Belə xəstəxanalarda (stasionarda) kiçik: tibb işçiləri vəzifəsində işləməyə sanitar druci- naçıları cəlb olunurlar. Onlar xəstəxanaya gətirilən xəstələri soy­undurur, onları Qismən sanitariya təmizlənməsindən keçirir, xəs­təxananın şöbələrində xəstələrə qulluq edir, dezinfeksiya məhlul­ları hazırlayır və dezinfeksiya işlərinin yerinə yetirilməsində işti­rak edirlər.

Burada daimi yoluxma təhlükəsi olduğu üçün sanitar drucinaçılanndan tələb edilir ki, onlar şəxsi profilaktika tədbirlə-

rini həmişə və ciddi surətdə yerinə yetirsinlər. Buna görə də xəstə­xanaların şöbələrində işləyərkən hər bir xəstəyə, onun ətrafındakı əşyalara toxunandan sonra əlləri sabunla yumaq və dezinfeksiya etmək lazımdır. Xəstənin çarpayısına oturmaq, şöbədə çörək ye­mək, xəstənin toxunduğu əşyalan (məktub, qab-qacaq, şəxsi əşyalar) şöbədən çıxarmaq, xəstələr üçün olan ayaqyolundan isti­fadə etmək qadağandır. Bunlardan əlavə, xəstəyə qulluq edərkən yoluxmamaq üçün sandrujinaçı hökmən xüsusi geyimdə (xələt, otaq ayaqqabısı, corab, çoxqatlı pambıq-tənzif sarğı və respira­tor) olmalıdır. Bəzən gözləri xüsusi qoruyucu eynəklə mühafizə etmək, rezin əlcək və çəkmələr geyərək işləmək, ya da taun əley­hinə xüsusi geyim tələb olunur, işi qurtardıqdan sonra sanitar drujinaçıları mütləq sanitariya təmizlənməsindən keçməlidirlər.

Yoluxucu xəstələrin sanitariya təmizlənməsi onların yalnız çimizdirilməsi ilə başa çatmır; bundan əlavə, xəstələrin başını qır­xır, bədəninin tüklü hissələrini dezinfeksiya məhlulu ilə təmizləy­ir, paltarlarını dezinfeksiya kamerasında dezinfeksiya edirlər. Xəstəxananın sanitariya təmizlənməsi şöbəsində sanitar drujina­çılar məhlulları hazırlayır, çirkli paltarları kamerada dezinfeksiya etmək üçün qablaşdırırlar. Ypluxucu xəstələri tam sanitariya tə­mizlənməsindən keçirmək mümkün olmayan hallarda, onların bədənini sanitariya təmizlənməsi şöbəsində işləyən sanitar druji­naçılar 2 faizli xloramin və ya 0,5 faizli DTS-QK məhlulunda is­ladılmış əski ilə silib zərərsizləşdirirlər.

Yoluxucu xəstəliyə tutulmuş xəstələrə düzgün qulluq etmək - müalicənin tərkib hissəsi olmaqla bərabər, həm də yoluxmanın yayılmasının qarşısını alan epidemiya əleyhinə vacib tədbirdir. Burada gigiyena tədbirləri dəqiq yerinə yetirilməlidir. Ağız boş­luğunun təmiz olmasına ciddi diqqət yetirmək, ağır xəstələrin diş­lərini 0,5 faizli soda məhlulunda isladılmış pambıq yastıqca ilə (yastıqcanı pinsetmaqqaç vasitəsilə tutaraq) silmək, onlann ağzı­nı zəif (1:10000 nisbətində) kalium-permanqanat məhlulu ilə yu­maq lazımdır.

Xəstəxananın hospital şöbəsində sanitar drujinaçıları hə­kimin və tibb bacısının göstərişi ilə xəstələrin temperaturunu ölç­mək və digər işləri» cəlb edilir.

Xəstələrin alt paltarlarını və istifadə etdikləri yumşaq əşya­ları dəyişdikdən sonra müəyyən müddət dezinfeksiya məhlulunda isladır, bundan sonra isə zərərsizləşdirilmiş kisələrə yığıb xəstəxa­nanın camaşırxanasma göndərirlər. Nəcislə çirklənmiş alt paltar- lan 0,2 faizli xloramin məhlulunda 1 saat isladılır və ya 10 faizli məhlulunda; qaynadılır. İfrazat bulaşıqlan olan alt paitarían 1 fa­izli xloranain məhlulunda, 3 faizli üzol məhlulunda və ya 0,1 faizli DT-SQK məhlulunda 2 saat isladılır.

Yoluxucu xəstəliklər xəstəxanasına qəbul edilən xəstələrin şəxsi paltarlannın sanitar drujinaçılar bilavasitə sanitar- profilaktika məntəqəsində xüsusi kisələrə yığır, kisələrin üstündə 5 faizli lizol məhlulu çiləyir, sonra dezinfeksiya kameralarına göndərirlər.

Xəstələrin ifrazatını mütləq dezinfeksiya edirlər, (ikiqat mi­qdarda xlorlu əhəng məhlulu, 3 faizli lizol və ya xloramin məhlu­lu ilə) ya da buna 1:2 nisbətində quru əhəng qarışdırıb 2 saat sax­layırlar.

Xəstəxananın palatalarından xidmətçi heyətin gətirdiyi qab-qacaq qabyuma məntəqəsinə daşınır; burada onu 2 faizli so­da məhlulunda 15 dəqiqə qaynadandan sonra hər hansı bir dezin­feksiya məhlulunda 30 dəqiqə saxlayırlar.

Yoluxucu xəstəlikdən sağalan adam xəstəxanadan çıxarkən sanitar drucinaçılan epidemiya əleyhinə recimin tələblərinə uyğun olaraq, keçirilən son dezinfeksiya işlərində iştirak edirlər.

§ 6.12. TAM VƏ QİSMƏN SANİTARIYA
TƏMİZLƏNMƏSİ


Radiasiya, kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə və kütləvi qırğın silahları (nüvə, kimyəvi, bioloji) tətbiq etdikdə insanların dərisi, paltarları, texniki vasitələr, bina­lar, mühafizə qurğuları və ərazi radioaktiv, kimyəvi, QTKM və bioloji vasitələrlə zəhərlənə bilərlər.

Radioaktiv maddələrin təsiri bir neçə gün ərzində, damcı şəklində olan zəhərləyici maddələr bir neçə gün, soyuq vaxtlarda isə bir neçə həftə və ay davara edir. Bioloji vasitələrin tə’sir müddə­ti bir neçə gün və ay ola bilər.

Adamlar zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, texniki vasitələr xüsusi təmizləmə keçməlidir­lər. Sanitariya təmizlənməsi - adamların bədəninin və paltarları­nın zəhərlənmələrdən təmizləməkdən ibarətdir. Bu təmizləmə qismən və tam ola bilər.

Qismən təmizləmə zədələnmə ocaqlarında və yaxud onlar­dan çıxandan sonra vaxt az olduqda bədənin açıq hissələrini müstəqil təmizləməklə bitir. Radioaktiv maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıllıqla aparılır:

  • əleyhqazı (respiratoru) çıxarmadan üst paltarları çıxarıb silirlər, süpürürlər və çırpırlar;

  • ayaqqabıları yaş əski ilə silir və yaxud yuyurlar;

  • əleyhqazlann (respiratorun) çantasını silirlər, üz-lü bo- rucuğunu. qutusunu yaş əski ilə silirlər;

  • əleyhqazı (respiratoru), əlcəkləri çıxarıb üzü, boynu, əlləri təmiz su ilə yuyub, ağızı və boğazı qarqara edirlər.

İnsanların dərisi və paltarı damcı-maye halında zəhərləyıci maddələrlə zəhərləndikdə qismən sanitariya təmizlənməsi təcili olaraq yerinə yetirilir. Bunun üçün kimya əleyhinə paketin və ya maye ilə isladılmış tənzif dəsmalla, dərini, paltarı və əleyhqazın üzlüyünü sürtmək lazımdır.

Tam təmizlənməyə vaxt çox olduqda zədələnmə ocaqların­dan çıxandap sonra, sanitar yuma məntəqələrində (SYM) aparı­lır. Bu vaxt adamların bədəni isti su ilə, sabunla və hamam lifi vasitəsilə yuyulur.

Xüsusi təmizləmə dezaktivasiya, deqazasiya və dezinfeksiy­adan ibarətdir.

Dezaktivasiya - zəhərlənmiş səthlərdən radioaktiv maddə­lərin təhlükəsiz dərəcəyədək təmizlənməsinə deyilir. Dezaktivasiya fiziki və fıziki-kimyəvi üsullarla aparılır.

l< Fiziki üsul RM səthlərindən yumaq, silmək, süpürmək və s., yerüstü qatı götürmək, suyu süzməklə yerinə yetirilir.

Fiziki-kimyəvi üsul zəhərli səthlərin yuyucu tozlar, turşu və qələvilər əlavə edilmiş su vasitəsilə aparılıt.

Deqazasiya zəhərləyici və QTKM-in neyırallaşdınlması və yaxud səthlərdən kənar edilməsinə deyilir. Deqazasiya üç üsulla, kimyəvi, fiziki-kimyəvi və mexaniki üsullarla aparılır.

Kimyəvi üsulda ZM-lər deqazasiya edici maddələrlə reak­siyaya girib neytrallaşırlar.

Fiziki-kimyəvi üsulda ZM-lər buxarlandırılaraq və yaxud həll edilib səthlərdən kənar edilir.

Mexaniki üsulda torpağın və bəzi maddələrin üst qatını qa­zıb (kəsib) atırlar.

Dezinfeksiya - xəstəlik törədici mikroblatıo və toksinlərm məhv edilməsinə deyilir. Dezinfeksiya fiziki və kimyəvi üsullarla aparıbr.

Fiziki üsulda bioloji vasitələri qaynatma, buxarlandırma, odda qızdırıb günətp vermə və s. üsullarla apanlır.

Kimyəvi üsulda bioloji vasitələr xüsusi məhlullarla məhv edilirlər.


Yüklə 38,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin