Dərsin sualları: Fövqəladə Hallarda əhalinin mühafizəsinin əsas konsepsiyası



Yüklə 38,83 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü38,83 Kb.
#47245
növüDərs
1   2   3   4   5   6
Mövzu 1

Birincisi, əhali, onun əmlakı və təbii mühit üçün müvcud olan təhlükəli, qorxulu halların növlərini və xüsusiyyətbrini dəqiq müəyyən etmək, yəni onların təsnifatının tərtib etmək, baş vermə səbəblərini, qanunauyğunluğunu, habelə meydana çıxmasının xarakterini aşkar etmək lazımdır. Sonra isə mühafizəni təmin edə biləcək göstəriciləri və ustun şərtləri muəyyənləşdirmək, fövqəladə halların qarşısının alınması va aradan qaldırılması üçün lazım olacaq qüvvə və vasitələrin tərkibini əsaslandırmaq vacibdir. Eyni zamanda zəhərli istehsalatlar, texnologiyalar və maddələr inventarlaşdırılmalı, töhlükənin dərəcəsinə görə təsnif edilib qruplaşdırılmalı, onların əhali, avadanlıq və təbii mühit üçün təhlükəsinin qiymətləndirilməsi kriteriyaları işlənib hazılanmalıdır.

İkincisi, bu sahədə dövlət siyasətinin əsas müddəaları işlənib hazırlanmalı, Azərbaycanm milli təhlükəsizliyi sistemində mülki muhafizənin rolu və mövqeyi təyin edilməli, ölkənin sosial-iqtisadi, ekoloji, hərbi, informasiya, ictimai təhlükəsizliyi və digər təhlükəsizlik məsələləri ilə mülki mühafızənin qarşılıqlı əlaqələri dəqiq müəyyənləşdirilməlidir.

Üçüncüsü, mülki mühafızə qüvvələri, vasitələri və ehtiyatlarının daha da təkmilləşdirilməsi, daim hazır vəziyyətdə saxlanması lüzumu əsaslandırılmalıdır. Bu problem fövqəladə halların yaranmasından, onun aradan qaldırılmasından bütün mərhələlərdə fəlakətlərlə mübarizə aparacaq qüvvə və vasitələrin uzunmuddətli inkişafı, fəaliyyət proqramı və planlarının tərtib olunması və reallaşdırılması yolu ilə, habelə fövqəladə hadisələrin proqnozlaşdınlması, qarşısının alınması və aradan qaldırılması üsullarının işlənib hazırlanması, eləcə də əhalinin, xilasedicilərin, idarəetmə orqanlarının böhranlı hallarda səmərəli fəaliyyətə hazırlanması şəraitində həll edilə bilər.

Mülki mühafizənin konsepsiyasının ancaq ölkədə şəxsiyyət və dövlət üçün, Azərbaycanın miili mənafeyi və təbii mühiti üçün daxildən və kənardan yarana biləcək təhlükə və təhdidlərin sistemli sürətdə təhlili və qiymətləndirilməsi əsasında işlənib-hazırlamaq mümkündür, çünki məhz bu təhlükələrin aradan qaldırılmasına hakimiyyət orqanlarının və bütün cəmiyyətin, о cümlədən də mülki muhafizənin fəaliyyəti yönəldilməlidir.

Azərbaycanda əhalinin həyat fəaliyyəti, iqtisadiyyat və təbii mühit üçün daxildən təhlükənin mənbələri ölkədə zərərli maddələr ehtiyatlarının, eləcə də zərərli istesalatlar, texnologiyalar, enerji və informasiya vasitələrinin һәm kəmiyyətcə, həm də miqyasca təhlükəli səviyyəyə qədər artması sayəsində yaranır ki, bu da texnoloji qəzaların, hətta sosial və təbii fəlakətlərin törəməsinə təkan verir.


Yüklə 38,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin