155
mi istehsal amillərinin məhsul buraxılışının ümumi artı-
mında xüsusi çəkisini (payını) müəyyən etmişlər. Onların
tədqiqatları göstərmişdir ki, taxıl istehsalında
əmək məs-
rəflərinin 1 faiz artırılması, məhsul buraxılışı artımının ¾
hissəsini təmin edir. Eyni zamanda bu sahəyə sərmayə qo-
yuluşlarının 1 faiz artırılması, məhsul, buraxılışı artımının
¼ hissəsini əldə etməyə imkan yaradır.
Alınan bu nəticələr bütün cəmiyyətə aid olduğundan,
həmin indekslər (3/4 vəl/4) ümumiləşdirilmiş göstərici,
yaxud aqreqat adlanır. Məhsul buraxılışı ilə istehsal amil-
ləri arasındakı asılılıq, iqtisadi nəzəriyyəyə Duqlas və
Solou istehsal aqreqat funksiyası adı altında daxil olmuş-
dur. Həmin nəticələr əsasında faydalılıq
nəzəriyyəsi-iqti-
sadi üsul adı ilə təklif olunmuşdur. Bu təklifə görə, «insan
amilinə vəsait qoyuluşu», daha səmərəli olub, kapitalın
artımına nisbətən istehsalın artmasını daha çox təmin edir.
C.Duqlas və R.Solou əsaslandıra bilmişlər ki, əmək isteh-
salın ən mühüm amili kimi istehsalın inkişafına və məhsul
buraxılışına həlledici təsir göstərir.
Eyni zamanda belə bir cəhət də unudulmamalıdır ki,
cəmiyyət öz qarşısına müəyyən iqtisadi sosial məqsədli
vəzifələr qoyduqda, bu xətt ölkənin real resursları və buna
uyğun iqtisadi inkişafın optimal seçim imkanları
ilə də
düzgün əlaqələndirilməlidir.
Dünya təsərrüfat həyatı təcrübəsi sübut edir ki, müx-
təlif ölkələrdə, habelə qlobal miqyasda ayrı-ayrı resursla-
rın nisbi məhdudluğu ilə insanların tələbatlarının
sonsuz-
luğu şəraitində, cəmiyyət bir-birinə əks olan, alternativ se-
çim variantları ilə üzləşir.
Cəmiyyət öz nisbi məhdud resurslarını nəyə yönəlt-
məlidir, insanların rifahınamı, yoxsa kütləvi qırğın silah-
ları yaradılmasına, susuz
ərazilərə kanallar çəkilməsinə,
156
yoxsa polis dəstələri təşkilinə?
Bu mənada məşhur Amerika iqtisadçısı Nobel müka-
fatı laureatı P.Samuelsonun «Экономика» kitabındakı
misal səciyyəvidir. Kitabda göstərilir ki, fərz edək cəmiy-
yətin bütün resursları 5.000 ton yağ (ərzaq, istehlak şey-
ləri) və ya 15 min ədəd silah (tank, raket) istehsalına im-
kan verir. Bunlardan birinin istehsalının artımı, digərinin
artımının aşağı düşməsinə səbəb olacaqdır. Həmin qarşı-
lıqlı asılılıq aşağıdakı sxemdə verilmişdir:
Resurslar,
imkanlar,
Silah (min ədəd) Yağ (min ton)
variantlar
A
15
0
B
14
1
V
12
2
Q
9
3
D
5
4
E
0
5
Deməli, hər bir ölkə öz imkanları və resurslarını elə
ölçüb-biçməli, istehlakla yığım arasında
elə optimal nis-
bətlər tapmalıdır ki, iqtisadi-sosial inkişaf üçün ən əlverişli
seçim edə bilsin. Bu elmi-nəzəri mövqe, müasir inteqra-
siya prosesləri və tədricən vahid dünya təsərrüfat sistemi-
nin formalaşdığı bir şəraitdə, bəşəriyyətin qarşısında duran
qlobal iqtisadi-sosial problemlərin həlli baxımından bütün
dövlətlər, xüsusilə də bazar münasibətləri iqtisadi sistemi-
nin formalaşdığı keçmiş postsovet
və postsosialist ölkə-
ləri, o cümlədən də Azərbaycan Respublikası üçün olduq-
ca əhəmiyyətlidir.