158
lərini) tənzimləyən aralıq idarəedici, planlaşdırıcı, inzibati
təsisat (təşkilat, orqan) yoxdur.
Bazar iqtisadiyyatının əsasını: əmtəə (xidmətlər) is-
tehsalı;
ictimai əmək bölgüsü; istehsalçıların sərbəstliyi
(əlahiddəliyi, bir-birindən asılı olmaması); istehsal etdiklə-
ri məhsulların - xidmətlərin sahibi olmaları; xüsusi mül-
kiyyətçilər kimi cəmiyyət həyatında və bazarda fəaliyyət
göstərmələri təşkil edir. Ayrı-ayrı
ölkələrin təsərrüfat sa-
hələrində fasiləsiz təkrar olunan bu çoxcəhətli münasi-
bətləri, əlaqələri, prinsipləri tənzimləyən məhz bazardır.
Bəşəriyyətin keçdiyi çoxəsrli iqtisadi-sosial inkişaf
yolunda bazarın 8-10 min illik bir tarixi vardır. Bazar
haqqında olan müxtəlif fikir və mövqelərdə göstərilir ki, o
bütün sivilizasiyalarda olmuş,
inkişaf etmiş və təkmilləş-
mişdir. Bazar, insanların gündəlik həyatında daim təkrar
olunan alqı-satqı münasibətlərinin və mübadilə dairəsin-
dəki sosial-iqtisadi əlaqələrin vəhdəti, yaxud toplusudur.
Bazar məhsul istehsalçıları ilə onu istehlak edənlər ara-
sında iqtisadi münasibətləri aydınlaşdırır.
Eyni zamanda bazar elə bir iqtisadi məkandır ki, ora-
da tələblə-təklif üz-üzə dayanır.
Bazarda müxtəlif əmtəə-
lərin yaxud xidmətlərin konkret sövdələşməsi baş verir.
Satıcı pul, alıcı isə mal (əmtəə, xidmət) sahibi olur.
Məşhur Amerika iqtisadçısı, bazar və marketinq
problemləri üzrə tanınmış mütəxəssis Filip Kotler «Mar-
ketinqin əsasları» kitabında yazır ki, bazar mövcud olan
və potensial əmtəə alıcılarının cəmidir. İngilis iqtisadçısı
Alfred Marşall «İqtisadi nəzəriyyənin prinsipləri» əsərində
göstərir ki, bazar eyni qrupların işgüzar əlaqələrə girdik-
159
ləri və müxtəlif istehsalçıların iri alış-veriş sövdələşmələri
etdikləri bir yerdir.
Müasir iqtisadi ədəbiyyatda bazar haqqında digər
fikir və mövqelər də vardır. Məsələn, «bazar-iqtisadi mü-
nasibətlərdə tələblə-təklifin cəmidir», «bazar-əmtəələr və
xidmətlər üzrə satıcılarla alıcıların
birgə fəaliyyət mexa-
nizmidir», «bazar-əmtəə və əmtəə-pul mübadiləsi forma-
sıdır», «bazar-ticarət aparmaq üçün adamların qarşılıqlı
fəaliyyətidir», «bazar-əmtəə istehsalı və pul tədavülü qa-
nunları üzrə təşəkkül tapan mübadilədir».
Bazarın vəzifələrinə aşağıdakılar daxildir:
1.
Bazar istehsalla istehlak arasında əlaqələndirici
körpü, vasitəçi və bağlayıcı həlqə rolunu oynayır.
2.
Bazar mübadilə olunan əmtəə və xidmətlər üçün
sərbəst ekvivalentlik şəraiti yaradır.
3.
Bazar, istehsalçıları ən az xərclərlə istehlakçılar
(alıcılar) üçün lazım olan məhsulları hazırlamağa və bu
fəaliyyətdən kifayət qədər gəlir (mənfəət) əldə etməyə hə-
vəsləndirir.
4.
Bazar
əmək bölgüsünün dərinləşməsi, təsərrüfat
həyatının getdikcə beynəlmiləlləşdirilməsi və iqtisadi in-
teqrasiya proseslərinin gücləndirilməsi əsasında, ölkənin
və dünyanın müxtəlif bölgələrinin tarazlı inkişafına təsir
göstərir.
Müasir bazar, sivilizasiyanın
yüksək inkişaf etmiş
məhsulu kimi tarixən özünün əvvəlki formasından onunla
fərqlənir ki, indi əmtəələrin əksər hissəsinin zəmanətli
satışını, dövlətin fəal maliyyə-kredit və pul siyasətini, əha-
linin az imkanlı hissəsinin sosial mühafizəsinin müəyyən
160
sistemi olmasını irəli sürür.
Bazarın - məlumat, vasitəçi, qiymətyaratma,
nizam-
layıcı, təmizləyici kimi vəzifələri aşağıdakı sxemdə göstə-
rilmişdir:
Dostları ilə paylaş: