Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


istehlakçı (alıcı) davranışı nəzəriyyəsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə95/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   160
Mikroiqtisadiyyat (1)

istehlakçı (alıcı) davranışı nəzəriyyəsi
- insanların gəlir-
lərini xərclədikləri vaxt, onların konkret şəraitdə özləri 
üçün ən faydalı hesab etdikləri əmtəələrə-xidmətlərə üs-
tünlük verdiklərini aydınlaşdırır. 
Alıcı (istehlakçı) davranışı və rəftarı, onun cəmiy-
yətin iqtisadi həyatında baş verən mürəkkəb proseslərə 
münasibəti təkcə ayrı-ayrı şirkət və korporasiyalar üçün 
deyil, eyni zamanda hakimiyyət, dövlət orqanları üçün də 
əhəmiyyətlidir. Hər hansı bir şirkətin satışa çıxardığı yeni 


176 
məhsulun, yaxud göstərdiyi xidmətin qiymətinin alıcılar 
tərəfindən necə qarşılanacağı, şübhəsiz müəyyən problem-
lərlə bağlıdır. Alıcının yeni məhsullardan istifadəsi, xid-
mətlərə alışması, bazar qiymətləri ilə razılaşaraq həmin 
əmtəə-xidmətləri seçməsi o qədər də asanlıqla getmir. 
Eyni zamanda, ölkə əhalisinin gəlirlərinin artması və 
həyat səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət, habelə 
hakimiyyət orqanlarının həyat keçirdikləri sosial tədbirlə-
rin, məsələn ünvanlı güzəştlərin, vergi dərəcələrinin aşağı 
salınmasının, yardımların, subsidiyaların elmi təhlilə, daha 
sanballı əməli tövsiyələr hazırlanmasına ehtiyac vardır. 
Ümumiyyətlə alıcı davranışı yaxud istehlakçı rəftarı: 
a)alıcıya həmişə seçim üstünlüyü hüququ verilməsi; 
b)onun imkan və büdcə məhdudiyyətləri ilə qarşılaşması; 
c)seçim qərarı verməsi kimi 3 mərhələni əhatə edir. 
İqtisadi nəzəriyyədə istehlakçı xərclərini müxtəlif 
variantlar üzrə səciyyələndirən 
büdcə məhdudluğu, büd-
cə xətti və etinasızlıq, yaxud fərqsizlik əyrisi
anlayışları 
vardır. 
Büdcə məhdudluğu – istehlakçının gəlirlərindən for-
malaşan büdcəsinin onun faydalandığı əmtəə-xidmətlərə 
xərclədiyi məbləğə bərabər deməkdir. 
Büdcə xətti – istehlakçının müəyyən məbləğ pula, 
müxtəlif əmtəə - xidmətlər dəsti seçib almaq imkanıdır. 
Etinasızlıq yaxud fasiləsizlik əyrisi – bazar qiymət-
lərini nəzərə almaqla istehlakçını eyni dərəcədə razı salan 
əmtəə - xidmətlər dəstini göstərir. 
Ölkədə istehlakçıların ödəniş qabiliyyətli alıcılıq sə-
viyyəsinə, onların davranışına ən çox təsir göstərən gəlir-
ləri və bazarda müxtəlif təyinatlı məhsulların - xidmətlərin 
qiymətləridir. Lakin bu iki mühüm əhəmiyyət kəsb edib, 


177 
istehlakçının davranış və rəftarına güclü təsir göstərən 
amillərlə yanaşı, ilk baxışda o qədər də nəzərə çarpmayan 
bir sıra elə cəhətlər də vardır ki, onları kənara atmaq 
mümkün deyildir. 
İstehlakçıların yaşadıqları coğrafi mühit, ölkənin tə-
bii iqlim şəraiti, milli adət-ənənə xüsusiyyətləri, ailə tərbi-
yəsi, təhsili, yaşı, cinsi, hansı sosial təbəqəyə mənsub ol-
ması, şübhəsiz onların bazar subyekti və alqı-satqı müna-
sibətlərinin iştirakçısı kimi davranış mədəniyyətlərinə, rəf-
tarlarına, zövqlərinə təsir göstərir. 
Mütəxəssislərin və iqtisadçıların fikrincə, müasir 
dövrdə istehlakçı zövqünün formalaşmasına bilavasitə, 
yaxud dolayı yollarla təsir göstərən amillər qrupu sıra-
sında aşağıdakıları qeyd etmək zəruridir: 
-
əmtəə və xidmətlərin keyfiyyəti, ekoloji təmizliyi, 
insan orqanizmi üçün təhlükəsizliyi; 
-
dəb və yeni moda dəyişikliklərinə uyğunlaşmaq 
psixologiyasının təsiri; 
-
müxtəlif reklam vasitələrinin məqsədyönlü və fasi-
ləsiz təbliğatı; 
-
istehlakçıların peşə-sənət və təhsil səviyyəsində baş 
verən dəyişikliklər; 
-
istehlakçıların dəyişən yaş və cins xüsusiyyətləri ilə 
bağlı problemlər; 
-
istehlakçıların ailə tərbiyəsi, mədəni səviyyəsi və 
zövqlərinin formalaşması; 
-
yaşadığı ölkənin milli adət-ənənələri və mentaliteti; 
-
işləyib fəaliyyət göstərdiyi şirkət və təşkilatın psi-
xoloji mühit xüsusiyyətləri; 
-
istehlakçının mənsub olduğu ictimai təbəqənin 
qayda və davranış qaydaları; 


178 
-
ailə üzvlərinin, dost-tanışların, yaxın adamların rəy 
və məsləhətləri; 
-
kreditə mal satışının təşkili və onun istehlakçı üçün 
əlverişli şərtləri; 
-
istehlakçını həvəsləndirən rəğbətləndirici tədbirlər 
sistemindən geniş faydalanması. 
Yuxarıda göstərilən amillərin kompleks şəkildə, ya-
xud qismən istehlakçının gəliri və bazardakı qiymətlərlə 
qarşılıqlı əlaqədə təsiri, alıcıların davranışı, habelə rəftarı-
nın formalaşmasının əsasında durur. Zaman, yaş, yeni dəb 
və modalar bu prosesdə müəyyən təbii, qanunauyğun də-
yişikliklər yaratsa da, istehlakçı gəliri və qiymətlərin sə-
viyyəsi, habelə insanların zövqü, mədəni yüksəlişi mühüm 
amillər kimi öz təsirini həmişə göstərir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin