Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə96/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   160
Mikroiqtisadiyyat (1)

d)
 
«İnfrastruktura» sözü, XX əsrin əvvəllərindən iq-
tisad elmi və nəzəriyyənin dövriyyəsinə daxil olaraq, təd-
ricən geniş yer tutmuşdur. İlkin mənada bu ifadə, indikin-
dən fərqli şəkildə – silahlı qüvvələrin həyat fəaliyyətini 
təmin edən obyekt və tikililəri əhatə edən söz kimi işlədil-
mişdir. 
Müasir iqtisadi ədəbiyyatda bu anlayışın mənası xey-
li geniş olub, istehsal infrastrukturu (yollar, körpülər, elek-
trik xətləri, nəqliyyat kəmərləri); sosial infrastrukturu 
(xəstəxanalar, sağlamlıq ocaqları, məktəblər, stadionlar) 
kimi istiqamətlərə ayrılır. İnfrastruktura bütövlükdə həm 
iqtisadiyyatın, həm də onun ayrı-ayrı sahələrinin normal 
fəaliyyəti üçün əlverişli şərait yaradan və bu məqsədə xid-
mət edən sahələrin toplusu başa düşülür. 
İqtisadiyyatın infrastrukturu təkrar istehsal prosesi-
nin-istehsal, bölgü, mübadilə, istehlak kimi bütün mərhə-
lələrində əhəmiyyətli rol oynayır. 


179 
İnfrastrukturun mühüm xüsusiyyət və cəhətlərindən 
biri, onun fərdi deyil, ictimai yaxud kollektiv tələbləri 
ödəməsidir. 
Konkret olaraq, bazar infrastrukturu dedikdə, iqtisa-
diyyatın müstəqil qurulusu kimi fəaliyyət göstərən bir 
anlayış başa düşülməlidir. Deməli, bazar infrastrukturu, 
iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət 
edən və onun normal fəaliyyəti üçün zəruri şərait yaradan 
bir tərkib hissəsidir. 
Bazar infrastrukturunun ən vacib tərkib hissələri 
kimi 
əmtəə, fond, valyuta və əmək birjalarını, lizinq 
kompaniyalarını, bankları, aksionları, yarmarkaları
göstərmək olar. 
Əmtəə birjaları –
müxtəlif əmtəələrin yaxud əmtəə 
qruplarının reallaşdırılması işində vasitəçilik rolunu oyna-
yır. Əmtəə birjalarında ticarət əməliyyatları, onun ümumi 
yığıncağında qəbul olunmuş, razılaşdırılmış ticarət qayda-
larına uyğun aparılır. 
Adətən birjalarda alqı-satqı əməliyyatları buranın 
üzvü olub, vasitəçi rolunu yerinə yetirən xüsusi brokerlər 
və dilerlər tərəfindən həyata keçirilir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin