226
diyi bir şəraitdə qarışıq model, perspektiv sosial-iqtisadi
inkişaf istiqamətinin səmərəli meyllərini özündə əks etdi-
rir. Belə bir qarışıq tipli iqtisadi model, şübhəsiz müəyyən
fərq və nisbətlər daxilində, eyni zamanda konkret şərait və
özünəməxsus cəhətləri nəzər almaqla, həm yüksək inkişaf
etmiş, həm inkişaf etməkdə, həm də keçid mərhələsində
olan ölkələr uğurlu ola bilər.
Müasir dünyanın hərbi və iqtisadi təhlükəsizlik, ər-
zaq və yanacaq – enerji təchizatı, elmi-texniki kəşf və
nailiyyətlərdən birgə istifadə, daxili və xarici bazarların
getdikcə liberallaşması, işsizlik və inflyasiya proseslərinin
tənzimlənməsi, yüksək ixtisaslı – peşəkar kadrların hazır-
lanması və onların potensialından səmərəli istifadə olun-
ması, təbii fəlakətlərə və terrorçuluğa qarşı birgə mübarizə
kimi qlobal sosial – iqtisadi problemlər reallığında, bəşə-
riyyətin gələcək iqtisadi sistem, habelə onun mümkün va-
riantlarının, modellərinin axtarışları davam etməkdədir.
Bu baxımdan
Dostları ilə paylaş: