224
adamlarına, başqa ölkələrdən, habelə beynəlxalq bank –
maliyyə təşkilatlarından iri həcmli investisiyaların müx-
təlif istehsal-xidmət sahələrinə cəlb olunmasına maksi-
mum əlverişli şərait yaradılmışdır.
Çin modelində, dünya təcrübəsində geniş yayılmış
sərbəst iqtisadi zonaların ölkənin tələblərinə və özünəməx-
sus xüsusiyyətlərinə daha uyğun formalarının yaradılıb
fəaliyyət göstərməsinə böyük diqqət yetirilmişdir. Çinin
dəniz sahili boyu yerləşən ərazilərində sərbəst (xüsusi)
iqtisadi zonaların təşkili, bu yerlərdə ixrac istiqamətli kənd
təsərrüfatının, sənayenin, maliyyə-bank qurumlarının, tu-
rizmin inkişafına güclü təkan vermiş və ölkənin valyuta
ehtiyatlarının artmasına səbəb olmuşdur. Güzəştli şərtlər
əsasında bu zonalarda xarici investorların səmərəli işgüzar
fəaliyyəti, sonralar ölkənin digər rayonlarında uğurla da-
vam etdirilmişdir. Nisbətən qısa tarixi bir dövr ərzində tə-
sərrüfat həyatının müxtəlif sahələrində qazanılmış nailiy-
yətlər, Çin modelinin ölkənin özünəməxsus cəhətləri ilə
seçilən reallığı üçün əhəmiyyəti ilə yanaşı, eyni zamanda
başqa ölkələrə, xüsusilə də Şərq dövlətlərinə müəyyən
mənada nümunə ola biləcəyi şübhəsizdir.
Dostları ilə paylaş: