235
vəsait qoyuluşunu nəzərdə tutur.
Fasiləsiz davam edən fərdi təkrar istehsal prosesində
onun maddi və şəxsi amillərinin birləşməsi hesabına isteh-
salın həcminin artması, kapital toplanması yaxud investi-
siya adlanır. İnvestisiya – kapitalın hərəkət forması olub,
əsas kapitalın (istehsal fondlarının) yaradılması, genişlən-
dirilməsi, texniki cəhətdən yenidən qurulması ilə bağlı
xərclərdir. Təsadüfi deyildir ki, C.Keyns investisiyanı
“müəyyən dövr üçün istehsal fəaliyyəti
nəticəsində isteh-
sal vasitələrinin cari (indiki) dəyərinə əlavələr” kimi izah
etmişdir. Eyni zamanda investisiyalar müəyyən gəlir
(mənfəət)
əldə etmək məqsədilə, təsərrüfat fəaliyyətinə
yönəldilən bütün növ vəsaitlərə (aktivlərə) deyilir. Belə
yanaşma maliyyə mövqeyini əks etdirirsə də, lakin iqtisadi
məzmun baxımından
investisiyalar
geniş mənada əsas
kapitalın (istehsal fondlarının) yaradılması, genişləndiril-
məsi, texniki cəhətdən modernləşdirilməsi bazasında, həm
də dövriyyə kapitalının (xammal, materiallar)
dəyişməsi
yenilikləri ilə bağlı olan xərclərdir.
Qeyd etmək zəruridir ki, fərdi kapital ayrı-ayrı şir-
kətlərin, müəssisələrin; ictimai
kapital isə cəmiyyət miq-
yasında bütün fərdi kapitalların qarşılıqlı əlaqəsi və
asılılığının nəticəsidir. Bu mənada həmişə hərəkətdə olub,
müxtəlif formalar (pul, məhsuldar, əmtəə)
alan və öz
hərəkətini istər istehsal, istərsə də tədavül dairəsində fası-
ləsiz surətdə davam etdirən kapital, təbiidir ki, yalnız “tə-
davüldə əmələ gələ bilməz və eynilə də tədavüldən kənar-
da əmələ gələ bilməz. Kapital tədavüldə və eyni zamanda
da tədavüldən kənarda əmələ gəlməlidir”. (K.Marks)
Müxtəlif dövrlərdə kapitalın tarixi formaları kimi
Dostları ilə paylaş: