234
yəyə çatması prosesində, kapital, kapital qoyuluşları, in-
vestisiya, kapitalın dövranı və dövriyyəsi, əsas və dövriy-
yə kapitalı anlayışları, onların istehsal – xidmət dairəsinin
müxtəlif sahələrindəki fəaliyyət mexanizminin öyrənilmə-
si mühüm əhəmiyyətə malikdir.
Kapital və onun tarixi formaları, tətbiqi xüsusiyyət-
ləri, hərəkət meylləri, məqsədi, mahiyyəti, vəzifələri haq-
qında ayrı-ayrı dövrlərdə meydana çıxmış fikirlər müxtə-
lifdir.
Merkantilistlər pulu, fiziokratlar isə torpağı kapital ki-
mi qəbul edib, səciyyələndirmişlər. Klassik iqtisadi mək-
təbin banilərindən sayılan A.Smitin fikrincə, kapital yığıl-
mış yaxud toplanmış əməkdir. D.Rikardoya görə isə kapi-
tal istehsal vasitələri deməkdir. Marksist iqtisadi məktəbin
yaradıcıları və davamçıları kapitalı öz-özünə artan dəyər,
izafi (əlavə, artıq) dəyər yaradan amil, eyni zamanda istis-
mar münasibəti, yaxud başqasının əməyini mənimsəmək
aləti kimi xarakterizə etmişlər.
Başqa müəlliflərin fikrincə, kapital “istehsal” vasitə-
lərinin alınmasına yönəldilmiş maliyyə vasitəsidir; “insan-
ların yaratdıqları bütün istehsal vasitələridir”; “sahibkarlıq
və biznes fəaliyyətində istifadə olunan iqtisadi resurslar-
dır”; “təhsil vasitəsilə əldə edilən bilik və bacarıqdır”;
“insandır, vaxtdır, reklamdır”.
Müasir anlamda
Dostları ilə paylaş: