Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


İstehsalın alternativ xərcləri



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə131/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   160
Mikroiqtisadiyyat (1)

İstehsalın alternativ xərcləri
- təsərrüfat həyatının 
hansı sahələrindən eyni xərclərlə daha səmərəli iqtisadi 
fəaliyyət göstərilməsinin iqtisadi cəhətdən əlverişli seçi-
mini müəyyənləşdirməyə imkan verir. Konkret bir təsərrü-
fat sahəsinə çəkilmiş xərclər, həmin məbləğin başqa sahə-
lərə yönəldilərsə verdiyi səmərə, yaxud itkilərlə müqayisə 
olunmalıdır. Məsələn, kimya və neft sənayesinə yönəldi-
lən sərmayələrin kənd təsərrüfatına və balıqçılığın inkişa-
fına qoyulması, yaxud bu problemin ətraf mühitə, ekolo-
giyaya təsiri alternativ xərclər prinsipi əsasında öyrənilib
həyata keçirilməlidir. 
Transaksion xərclər
– bazar subyektləri (agentlə-
ri) arasındakı alqı - satqı sövdələşmələrinə sərf olunmuş 
xərclərin məbləğidir. Geniş mənada bu xərclər hər bir 
iqtisadi sistemin əlavə xərcləri, dar mənada isə bazar isti-
rakçılarının öz aralarındakı münasibətləri tənzimləyib yo-
luna qoymaq üçün çəkdikləri müəyyən konkret xərclərdir. 
Bu xərclər bazar münasibətləri iqtisadi sisteminin qeyri-
kamilliyi, nöqsanları, obyektiv-subyektiv xarakterli çətin-
likləri ilə bağlı olub, şirkətlərin son hədd xərclərinə aid 
edilir. 
c)
Mürəkkəb və ziddiyyətli inkişaf yolu keçən bazar 
münasibətləri iqtisadi sisteminin formalaşıb müasir səviy-


234 
yəyə çatması prosesində, kapital, kapital qoyuluşları, in-
vestisiya, kapitalın dövranı və dövriyyəsi, əsas və dövriy-
yə kapitalı anlayışları, onların istehsal – xidmət dairəsinin 
müxtəlif sahələrindəki fəaliyyət mexanizminin öyrənilmə-
si mühüm əhəmiyyətə malikdir.
Kapital və onun tarixi formaları, tətbiqi xüsusiyyət-
ləri, hərəkət meylləri, məqsədi, mahiyyəti, vəzifələri haq-
qında ayrı-ayrı dövrlərdə meydana çıxmış fikirlər müxtə-
lifdir. 
Merkantilistlər pulu, fiziokratlar isə torpağı kapital ki-
mi qəbul edib, səciyyələndirmişlər. Klassik iqtisadi mək-
təbin banilərindən sayılan A.Smitin fikrincə, kapital yığıl-
mış yaxud toplanmış əməkdir. D.Rikardoya görə isə kapi-
tal istehsal vasitələri deməkdir. Marksist iqtisadi məktəbin 
yaradıcıları və davamçıları kapitalı öz-özünə artan dəyər, 
izafi (əlavə, artıq) dəyər yaradan amil, eyni zamanda istis-
mar münasibəti, yaxud başqasının əməyini mənimsəmək 
aləti kimi xarakterizə etmişlər. 
Başqa müəlliflərin fikrincə, kapital “istehsal” vasitə-
lərinin alınmasına yönəldilmiş maliyyə vasitəsidir; “insan-
ların yaratdıqları bütün istehsal vasitələridir”; “sahibkarlıq 
və biznes fəaliyyətində istifadə olunan iqtisadi resurslar-
dır”; “təhsil vasitəsilə əldə edilən bilik və bacarıqdır”; 
“insandır, vaxtdır, reklamdır”. 
Müasir anlamda 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin