230
istehsal xərclərinə aid edilir. Çünki sahibkar bunları başqa
şəkildə tətbiq edərək, yaxud öz vəsaitini bankda əmanət
kimi saxlayaraq mənfəət götürə bilərdi. İstehsal prosesin-
də istifadə edilən iqtisadi ehtiyatlar
daxili xərclər
kimi
səciyyələnir.
İstehsal prosesində müəssisənin əmək ehtiyatlarına,
xammala, yanacağa, yarımfabrikatlara, enerjiyə, nəqliyya-
ta, müxtəlif təchizatlara sərf etdiyi vəsait, kənara çəkilən
xərclər olub,
xarici xərclər adlanır
.
İstehsal xərcləri: ümumi, orta, sabit və dəyişən isteh-
sal xərclərinə ayrılır.
Ümumi xərclər
(total costs-TC) – müəssisənin, şir-
kətin məhsul istehsalı üçün zəruri olan bütün xərclərinin
cəmidir.
Orta xərclər
(averaqe costs – AC) – istehsal olun-
muş hər məhsul vahidinə çəkilən xərclərdir.
Sabit xərclər
(fixed costs – FC)- istehsal olunmuş
məhsulun həcmindən asılı olmayaraq dəyişməz qalır. Bu-
raya istehsal binasına, maşınlara, avadanlıqlara, icarə haq-
qına, vergilərə, inzibati işçi heyətinə çəkilən xərclər daxil-
dir.
Dəyişən xərclər
(varialle costs – VC) – istehsal edil-
miş, hazırlanmış məhsulun həcmindən asılı olaraq dəyişir.
Buraya xammal, materiallar, yanacaq, enerji, işçilərə veri-
lən əmək haqqı daxildir.
Ümumi və orta xərclərin necə formalaşdığını, habelə
bu prosesdə sabit və dəyişən xərclərin rolunu aşağıdakı
cədvəldən görmək olar:
Dostları ilə paylaş: