229
riyyəsi baxımından izah edərək, onu məhsul istehsalına sərf
olunmuş canlı və maddiləşmiş əməyin cəmi,
toplusu kimi
qiymətləndirmişlər. A.Marşall istehsal xərclərini müəy-
yənləşdirərkən həm obyektiv,
həm də subyektiv cəhətləri
birləşdirməyə çalışaraq, bunu “fəhlələrin zəhmətinə və
kapitalistlərin imtinasına, risqinə əsaslanan iqtisadi bir an-
layış kimi qiymətləndirmişdir”.
Müasir iqtisadi nəzəriyyə istehsal xərclərinin forma-
laşmasında əvvəllər olduğu kimi əmək amilinə yalnız is-
tehsal prosesində üstünlük vermək mövqeyindən deyil, ey-
ni zamanda qeyri-istehsal və xidmət dairəsində çalışan-
ların da əməyinin mühüm rol oynadığını nəzərə alır. Belə
yanaşma isə istehsal xərclərinin formalaşması
və hesab-
lanması mexanizminə, şübhəsiz öz təsirini göstərir.
Digər tərəfdən sahibkara və kapital sahibinə olan
münasibətdə də dəyişikliklər baş vermişdir. İstehsalın təş-
kilatçısı sayılan hər bir sahibkar, sərf etdiyi kapitalı, öz qa-
biliyyəti və bacarığı ilə istehsal xərclərinin fəal iştirakçısı
kimi onun son nəticəsindən
faydalanaraq normal mənfəət
(gəlir) əldə etməlidir.
Dostları ilə paylaş: