239
səviyyəsindən, satış bazarının yaxın-uzaqlığından, nəqliy-
yat və rabitə vasitələrinin inkişafından, reklam işinin təş-
kilindən asılıdır.
d)
İstehsal prosesində iştirakına və dəyərini hazır
məhsulun üzərinə keçirməsi üsulun görə kapital əsas və
dövriyyə kapitalına ayrılır. Kapitalın bu bölgüsü, onun tər-
kib hissələrinin dövretmə xarakterindəki müxtəliflikdən və
öz dəyərlərini konkret məhsulun üzərinə keçirməsi xüsu-
siyyətindən irəli gəlir. Əsas kapital məhsuldar kapitalın o
hissəsinə deyilir ki, istehsal prosesində iştirak edərək, öz
dəyərini məhsulun üzərinə birdən-birə deyil, hissələrlə,
yəni bir sıra istehsal dövrləri (müddətləri) ərzində keçirir.
Əsas kapitala müxtəlif əmək vasitələri – binalar və dəz-
gahlar, qurğular və avadanlıqlar daxildir. Məsələn, çilin-
gərin istehsal prosesində istifadə etdiyi dəzgah, yaxud mü-
hərrik 10 il işləyə bilirsə, o zaman həmin avadanlığın də-
yərinin onda bir hissəsi hər il istehsal olunmuş hazır əm-
təənin üzərinə keçir.
Əsas kapitalın müxtəlif ünsürləri istehsala bir neçə il
ərzində xidmət etdiyindən, tədricən aşınaraq sıradan çıxır
ki, buna avadanlığın
fiziki aşınması
deyilir. Əsas kapitalın
aşınmış hissəsinin ödənilməsinə ayrılan amortizasiya ayır-
maları bu məqsəd üçün nəzərdə tutulan fond toplanılır.
Amortizasiya
- əsas kapitalın aşınmasına uyğun, vaxtaşırı
ayırmalar yolu ilə onun dəyərinin pul formasında ödənilmə-
si olub, yığım kimi saxlanılır. Müəyyən olunmuş
Dostları ilə paylaş: