Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


borc (sələm), ticarət, torpaq



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə133/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   160
Mikroiqtisadiyyat (1)

borc (sələm), ticarət, torpaq
kapitalı fərdi təkrar istehsal 


236 
və tədavül dairəsində iştirak edərək, bu proseslərə xidmət 
göstərmişdir. 
Borc kapitalı
, öz sahibinə müəyyən şərt və razılaş-
malar nəticəsində faiz (gəlir) gətirən ilkin kapital forması 
kimi hələ sərbəst sahibkarlıq fəaliyyəti, yəni kapitalizm-
dən əvvəlki 
quldarlıq, feodalizm
cəmiyyətlərində geniş 
yayılmışdı. O dövrdə borc verənlər müəyyən varlı adam-
lar, tacirlər, məbədlər olmuşlar. Borc alanlar isə imkanlı 
adamlarla yanaşı, xırda istehsalçılar, kəndlilər, sənətkarlar, 
digər yoxsul təbəqənin nümayəndələri olmuşlar. Müxtəlif 
məqsəd və ehtiyaclara yönəldilmiş borc kapitalı, qeyri-
məhsuldar şəkildə sərf olunmaqla yanaşı, eyni zamanda 
cəmiyyətin işgüzar mühitinin canlanmasına, vergilərin 
ödənilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə xid-
mət etmişdir. 
Tədavül (alqı-satqı) dairəsində tətbiq olunan ticarət 
kapitalı
iki formada - 
əmtəə ticarət kapitalı və pul tica-
rət kapitalı
kimi fəaliyyət göstərmişdir. Lakin sonralar, 
kapitalizm mərhələsində hər iki forma öz əvvəlki müstə-
qilliyini tədricən itirərək, getdikcə sürətlə inkişaf edən sə-
naye kapitalına xidmət edən vahid ticarət (tacir) kapitalı 
formasını almışdır. 
Tarixən torpaq üzərində xüsusi, dövlət, kollektiv, 
şərikli, bələdiyyə kimi müxtəlif mülkiyyət formalarından 
sahiblik, sərəncam vermək, istifadə etmək, icarəyə götür-
mək hüququnu reallaşdırmaq əsasında, torpaq sahəsindən 
gəlir (renta)
əldə etmək təcrübəsindən geniş istifadə olun-
muşdur. Mülkiyyətçinin öz hüququnu müstəqil təsərrüfat-
çılıq fəaliyyəti, torpaq sahəsini icarəyə vermək, girov qoy-
maq, nəhayət satmaq yolu ilə həyata keçirməsi prosesi, 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin