Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


kapital – istehsal vasitələrindən



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə132/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   160
Mikroiqtisadiyyat (1)

kapital – istehsal vasitələrindən 
biri olub, fiziki kapitala 
(binalara, avadanlıqlara, qurğu-
lara) və 
insan kapitalına
(iş qüvvəsinə, peşəkar kadrlara, 
onların ixtisaslarının təkmilləşdirilməsinə) yönəldilən və-
saitlərlə həyata keçirilən istehsal fəaliyyətidir.
Kapital qoyuluşları
, iqtisadiyyat və təsərrüfat həya-
tının hər hansı bir konkret sahəsinə müəyyən məbləğdə 


235 
vəsait qoyuluşunu nəzərdə tutur. 
Fasiləsiz davam edən fərdi təkrar istehsal prosesində 
onun maddi və şəxsi amillərinin birləşməsi hesabına isteh-
salın həcminin artması, kapital toplanması yaxud investi-
siya adlanır. İnvestisiya – kapitalın hərəkət forması olub, 
əsas kapitalın (istehsal fondlarının) yaradılması, genişlən-
dirilməsi, texniki cəhətdən yenidən qurulması ilə bağlı 
xərclərdir. Təsadüfi deyildir ki, C.Keyns investisiyanı 
“müəyyən dövr üçün istehsal fəaliyyəti nəticəsində isteh-
sal vasitələrinin cari (indiki) dəyərinə əlavələr” kimi izah 
etmişdir. Eyni zamanda investisiyalar müəyyən gəlir 
(mənfəət) əldə etmək məqsədilə, təsərrüfat fəaliyyətinə 
yönəldilən bütün növ vəsaitlərə (aktivlərə) deyilir. Belə 
yanaşma maliyyə mövqeyini əks etdirirsə də, lakin iqtisadi 
məzmun baxımından 
investisiyalar
geniş mənada əsas 
kapitalın (istehsal fondlarının) yaradılması, genişləndiril-
məsi, texniki cəhətdən modernləşdirilməsi bazasında, həm 
də dövriyyə kapitalının (xammal, materiallar) dəyişməsi 
yenilikləri ilə bağlı olan xərclərdir. 
Qeyd etmək zəruridir ki, fərdi kapital ayrı-ayrı şir-
kətlərin, müəssisələrin; ictimai kapital isə cəmiyyət miq-
yasında bütün fərdi kapitalların qarşılıqlı əlaqəsi və 
asılılığının nəticəsidir. Bu mənada həmişə hərəkətdə olub, 
müxtəlif formalar (pul, məhsuldar, əmtəə) alan və öz 
hərəkətini istər istehsal, istərsə də tədavül dairəsində fası-
ləsiz surətdə davam etdirən kapital, təbiidir ki, yalnız “tə-
davüldə əmələ gələ bilməz və eynilə də tədavüldən kənar-
da əmələ gələ bilməz. Kapital tədavüldə və eyni zamanda 
da tədavüldən kənarda əmələ gəlməlidir”. (K.Marks)
Müxtəlif dövrlərdə kapitalın tarixi formaları kimi 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin