242
bir adamın öz fiziki, əqli, intellektual səviyyəsinə görə al-
dığı müəyyən məbləğdə puldur. Bəzi hallarda əmək haqqı
pulla deyil, məhsul-xidmətlərlə də, yəni natural formada
da ödənilə bilər. Əmək haqqına belə təriflər də verilir:
"əmək haqqı və ya əmək haqqı dərəcəsi, əməyin istifadəsi
üçün ödənilən qiymətdir", yaxud "əmək haqqı - vaxt vahi-
di (saat, gün, həftə, ay, il) ərzində başqasının əməyindən
istifadə üçün ödənilən qiymətdir".
Real həyatda və gündəlik təsərrüfatçılıq təcrübəsində
əmək haqqı - mükafat, qonorar, peşkeş formalarında da
verilə bilsə də, bunları əmək haqqı kimi yox, "gəlir", ya-
xud "qazanc" kimi səciyyələndirmək elmi cəhətdən daha
doğrudur. Ona görə ki, əmək haqqı və onun fərqli dərəcə-
ləri rəsmi qayda-qanunlar, hüquqi aktlar əsasında müəy-
yənləşdiyindən, onu "qazanc, gəlir" kimi səciyyələndir-
mək olmaz. Çünki, əmək haqqı hər bir insanın məqsəd-
yönlü surətdə öz iş qüvvəsinin sərfi əvəzində, onun əldə
etdiyi müəyyən məbləğdir (maaşdır, məvacibdir, zəhmət
haqqıdır).
Əmək haqqının səviyyəsi həm ayrı-ayrı ölkələr, həm
ölkə daxilindəki müxtəlif bölgələr (regionlar), həm də
peşə-sənətlər üzrə fərqlənir. Məsələn, ABŞ-da istehsal-
xidmət dairəsində çalışanların orta aylıq əmək haqqı, baş-
qa ölkələrdə eyni sahələrdə çalışanlarla müqayisədə xeyli
yüksəkdir. Yüksək inkişaf etmiş ölkələrdə fəhlə-qulluqçu-
ların əmək haqqı, inkişaf etməkdə olan və postsosialist
məkanındakı ölkələrdən əhəmiyyətli dərəcədə fərqlidir.
Bunu aşağıdakı rəqəmlərdən görmək olar:
Dostları ilə paylaş: