Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə125/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   160
Mikroiqtisadiyyat (1)

Cənubi Koreya
modeli mahiyyət etibarilə yapon 
modelinin bir variantı olsa da, lakin burada bazar münasi-
bətlərinin nisbətən zəif inkişafı, höküməti məqsədyönlü 
sürətdə “Çebol” adlanan iri korporasiyalar təşkil etməyə 
istiqamətləndirmişdir. Bu korporasiyalar ölkədə formalaş-
mış maliyyə-sənaye qruplarının bazası kimi bazar iqtisa-
diyyatının daha da inkişaf etdirilməsində mühüm rol oy-
namaqdadırlar. 
Bu model, əhalinin milli-psixoloji xüsusiyyətlərinə, 
insanların intizam hissi və zəhmətsevərlik səylərinə tapşı-


225 
rılan işə ciddi məsuliyyətlə yanaşmaları ilə fərqlənir. Di-
nin, milli ənənələrin müasir iş üsulları ilə uğurlu əlaqə-
ləndirilməsi, şübhəsiz modelin daha səmərəli nəticələr 
verməsini təmin edir. Eyni zamanda Cənubi Koreya mo-
deli iqtisadiyyatın yeniləşdirilməsi, ixrac edilən müxtəlif 
məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, vergi, 
gömrük, valyuta siyasəti, xırda-orta biznesin fəaliyyətini 
optimal tənzimlənməsi məsələlərini də nəzərdə tutur.
c)
Gələcəkdə bazar münasibətləri iqtisadi sistemin 
müasir dövrdə dünyanın müxtəlif ölkələrində fəaliyyət 
göstərən amerika və yapon, alman və çin, isveç və digər 
modellərindən, yaxud bu modellərin ayrı-ayrı cəhətlərin-
dən istifadə olunması mümkündür. Bəzən müxtəlif səviy-
yələrdə “bazarın iflas” ideyası istiqamətində müəyyən 
fikirlər səslənsə də, lakin hələlik bu sistem və onun ayrı-
ayrı modelləri fəaliyyətdə olduğundan, gələcək perspek-
tivdə yeni, daha mükəmməl, habelə son iqtisadi-sosial nə-
ticələrinə görə yüksək səmərəli modellərin (variantların) 
formalaşması imkanları da mümkündür.
Mütəxəssislərin əksəriyyətinin fikrincə, bazar mü-
nasibətləri iqtisadi sisteminin gələcək ən optimal variantı 
hazırda fəaliyyət göstərən müxtəlif modellərin hər birinin 
üstün cəhətlərini özündə birləşdirən qarışıq tipli model ola 
bilər. Bu model dövlət və xüsusi mülkiyyət, habelə xarici 
investorların da iştirakını nəzərdə tutan bir əsasda, iqtisadi 
resurslardan daha səmərəli istifadə olunması şərtiylə 
istehsal-xidmət, bölgü, mübadilə, istehlak mərhələlərində 
birgə əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti əhatə etməlidir. 
Dünya iqtisadiyyatının inteqrasiya yolu ilə irəlilə-
diyi, milli iqtisadiyyatların vahid təsərrüfat sistemi kimi 
formalaşması proseslərinin tədricən genişlənib-dərinləş-


226 
diyi bir şəraitdə qarışıq model, perspektiv sosial-iqtisadi 
inkişaf istiqamətinin səmərəli meyllərini özündə əks etdi-
rir. Belə bir qarışıq tipli iqtisadi model, şübhəsiz müəyyən 
fərq və nisbətlər daxilində, eyni zamanda konkret şərait və 
özünəməxsus cəhətləri nəzər almaqla, həm yüksək inkişaf 
etmiş, həm inkişaf etməkdə, həm də keçid mərhələsində 
olan ölkələr uğurlu ola bilər. 
Müasir dünyanın hərbi və iqtisadi təhlükəsizlik, ər-
zaq və yanacaq – enerji təchizatı, elmi-texniki kəşf və 
nailiyyətlərdən birgə istifadə, daxili və xarici bazarların 
getdikcə liberallaşması, işsizlik və inflyasiya proseslərinin 
tənzimlənməsi, yüksək ixtisaslı – peşəkar kadrların hazır-
lanması və onların potensialından səmərəli istifadə olun-
ması, təbii fəlakətlərə və terrorçuluğa qarşı birgə mübarizə 
kimi qlobal sosial – iqtisadi problemlər reallığında, bəşə-
riyyətin gələcək iqtisadi sistem, habelə onun mümkün va-
riantlarının, modellərinin axtarışları davam etməkdədir.
Bu baxımdan 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin