Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə122/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   160
Mikroiqtisadiyyat (1)

b)
 
Qeyd etmək lazımdır ki, bazar münasibətləri iq-
tisadi sisteminin, ayrı-ayrı ölkələrin milli inkişaf xüsusiy-
yətlərini əks etdirən modelləri (variantları) vardır. Həmin 
model və variantlar bir-birindən istehsalın təşkilinə, onun 
maddi – texniki bazasına, təbii sərvətlərinə, iqtisadi resurs 
imkanlarına, qarşılaşdıqları sosial-iqtisadi problemlərə 
əhalinin psixoloji durumuna, ümum mədəni inkişaf səviy-
yəsinə görə fərqlənirlər. Bu konkret iqtisadi – sosial inki-
şaf modellərinin bir neçəsini nəzərdən keçirək: 
Amerika modeli,
ölkədə işgüzar sahibkarlıq fəaliy-
yətinin genişləndirilməsi, onun müxtəlif vasitələrlə həvəs-
ləndirilməsi, əhalinin daha fəal, təşəbbüskar hissəsinin 
varlanması üçün real imkanlar yaradılması prinsiplərinə 
əsaslanır. ABŞ-da belə bir qayda hökm sürür ki, özün yaşa 
və başqalarının da yaşamasına imkan yarat. Ölkə əhalisi-
nin aztəminatlı hissəsinin (təxminən 8-12 faizinin) müəy-
yən güzəştlər almasına baxmayaraq, bütövlükdə onların 
sosial bərabərliyi məsələsi bir məqsəd kimi qarşıya qoyul-
mur. Bu modelin əsasını, dövlətin iqtisadiyyatı duşunül-


220 
müş tənzimləməsi və ölkənin təsərrüfat həyatının sərbəst 
sahibkarlıq fəaliyyəti təməlində qurulması, əmək məhsul-
darlığının yüksəldilməsinə, insanların şəxsi uğur qazan-
maq yolunda çalışqanlıq səylərinin artmasına əlverişli şə-
rait yaradır. Son 100 il ərzində ABŞ iqtisadiyyatının qa-
zandığı uğurlar, onun nəhəng təsərrüfat həyatının ayrı-ayrı 
bölmələrində müəyyən çətinlik və nöqsanların meydana 
çıxmasına baxmayaraq iqtisadi sisteminin konkret milli 
timsalı olan bu modelin (variantın) optimallığını təsdiq 
edir. 
İsveç modeli,
ilk – növbədə ölkənin milli gəlirinin 
əhalinin aztəminatlı təbəqəsinin xeyrinə yenidən bölgüsü 
hesabına həyata keçirilən güclü sosial siyasət ilə fərqlənir. 
İsveçdə əsas fondların cəmi 4%-nin dövlətin əlində olma-
sına baxmayaraq, dövlətin büdcə və digər xərcləri onun 
ümumi daxili məhsulunun (ÜDM) həcminin yarıdan çoxu-
nu ötür. Əsasən əhalinin həyat səviyyəsinin yüksəldilməsi-
nə yönəldilən bu vəsait, başqa ölkələrdə müqayisədə ver-
gilərin daha böyük rol oynaması və sanballı həcmi ilə 
bağlıdır. İsveç modelinə əsasən bütövlükdə cəmiyyətin 
istehsal – xidmət təyinatlı müxtəlif vəzifələrini bazar prin-
siplərinə uyğun fəaliyyət göstərən xüsusi müəssisələr (şir-
kətlər, iri birliklər), sosial vəzifələrini isə dövlət və onun 
müvafiq orqanları yerinə yetirməlidirlər.
Alman modeli, 
xırda və orta sahibkarlığa, bu tipli 
şirkətlərə, onların inkişafına hərtərəfli dövlət qayğısı gös-
tərməklə seçilir. Bu model Almaniyada XX əsrin 30-cu 
illərindən başlayaraq, iri inhisarların fəaliyyətinin məh-
dudlaşdırılmasından sonra ölkənin sabit inkişafını təmin 
etmək üçün xırda və orta sahibkarlığa daha əlverişli şərait 
yaratmaq siyasəti ilə bağlı olmuşdu. Dövlət qiymət və 


221 
gömrük tarifləri siyasəti vasitəsilə ölkədəki iqtisadi tarazlı-
ğı tənzimləmək, orta-xırda müəssisələrə-şirkətlərə (mittel-
ştandlara) öz təsərrüfat fəaliyyətlərini daha əlverişli bir 
iqtisadi mühitdə aparmağa imkan yaratmışdı. II dünya mü-
haribəsindən sonra daha da təkmilləşdirilərək, sosial yö-
nümlü inkişafa istiqamətləndirilmiş alman modeli, məğlub 
bir ölkənin təsərrüfat həyatını tezliklə bərpa edərək, dün-
yanın yüksək inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin