218
lət xəttilə ayrılan investisiyaların, habelə müxtəlif təyinatlı
dövlət orqanları xərclərinin xüsusi çəkisinin aşağı olması
meyli ilə səciyyələnir. Bu istiqamətdən
və onun müxtəlif
ünsürlərdən ayrı-ayrı ölkələrdə, xüsusilə daha yüksək inki-
şaf etmiş ölkələrdə istifadə olunmuşdur. O cümlədən də
ABŞ-da, İngiltərədə, Fransada, Kanadada istifadə olunmuş
və olunmaqdadır.
Sosial – yönümlü istiqamət,
ölkənin təsərrüfat hə-
yatında dövlət bölməsinin payı az olan qarışıq iqtisadiyya-
tın geniş fəaliyyəti; dövlət tənzimlənməsinin əhatəliyi;
əhalinin bütün təbəqələrinin sosial müdafiəsi və onların
pulsuz, yaxud güzəştli şərtlərlə təhsil alması, tibbi xidmət-
lərdən istifadə etməsi ilə xarakterizə olunur.
Bu istiqamət
II dünya müharibəsindən sonra Almaniya Federativ Res-
publikasında tətbiq edilərək, dağılmış bir ölkənin təsərrü-
fat həyatının bərpasında və nisbətən qısa
müddətdə əhali-
nin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilmə-
sində mühüm rol oynamışdır. Tanınmış iqtisadçı və siyasi
dövlət xadimi Erhadın adı ilə bağlı olan sosial yönümlü
istiqamət, eyni zamanda alman yaxud neoliberal model də
adlanır. Bu yolun müxtəlif prinsip və ünsürlərindən ayrı-
ayrı ölkələrdə, xüsusilə, bazar münasibətləri iqtisadi siste-
minə keçid
mərhələsində olan ölkələrdə, o cümlədən də
Azərbaycan Respublikasında istifadə olunmuşdur.
Sosial-demokrat
istiqamət öz mahiyyəti və prinsip-
ləri etibarilə sosial yönümlü bazar iqtisadiyyatına oxşar
olsa da, lakin bu modelin bir sıra
özünəməxsus cəhətləri
vardır. Həmin xüsusiyyətlərindən ölkənin təsərrüfat həya-
tında dövlət bölməsinin (mülkiyyətinin) mühüm yer tut-
masını; dövlət büdcəsinin əhəmiyyətli rol oynamasını;
əmək münasibətlərinin ümummilli və dövlət maraqları sə-
219
viyyəsində tənzimlənməsini; hökumətin sosial siyasətinin
əhalinin bütün təbəqələrinin mənafeyinin nəzərə almasını;
işsizliyin azaldılması və işçilərin peşə-sənət ixtisaslarının
təkmilləşdirilməsi istiqamətindəki
tədbirlərin həyata keçi-
rilməsini qeyd etmək olar. Müxtəlif ölkələrin tarixi inkişaf
mərhələlərində, məsələn əsasən Skandinaviya dövlətlərin-
də, habelə İspaniya, Yunanıstan, Portuqaliyada bu istiqa-
mətdən istifadə olunsa da, bütün dünyada İsveç
modeli
kimi məşhurlaşmışdır. Çünki İsveç iqtisadiyyatı bu istiqa-
mətin tətbiqi nəticəsində daha çox uğurlar qazanaraq, so-
sial-iqtisadi inkişaf səviyyəsinə (iqtisadi inkişaf indeksinə)
görə, hazırda dünyada ən öndə gedən dövlətlər sırasındadır.
Dostları ilə paylaş: