214
şurasında rəhbər mövqe tutmaqla, rəqib qurumların bazar
rəqabəti mübarizəsinin zəiflədilməsinə
yönəldilmiş hallar
qadağan olunurdu.
Ticarət üzrə Federal Komissiya qanunu
(Federal
Trade Commission Act - 1914-cü il).
Bu qanuna əsasən
ABŞ-da 5 nəfərdən ibarət xüsusi komissiya yaradılmış və
Ədliyyə Nazirliyi ilə birlikdə, onun üzərinə ölkədə antiin-
hisar tədbirlərinin həyata keçirilməsi kimi məsuliyyətli bir
vəzifə qoyulmuşdu. Komissiya ABŞ ərazisində Şermon və
Kleyton antiinhisar qanunlarının həyata keçirilməsində,
habelə həmin qanunlara əməl
edilməsi işində mühüm rol
oynamalı idi.
Komissiyaya səlahiyyət verilirdi ki,
o öz təşəbbüsü,
yaxud daxil olmuş şikayətlər əsasında, haqsız rəqabət hal-
larının aradan qaldırılmasını təmin etsin. Eyni zamanda bu
komissiya, bazardakı "ticarət fəaliyyətində qeyri-sağlam
rəqabət üsullarından istifadə edənlərə qarşı"
müxtəlif
qadağan tədbirləri tətbiq edə bilərdi.
Qeyri-sağlam rəqabət, yaxud haqsız rəqabət vasitələ-
ri ilə mübarizə dedikdə, rəqibin
təsərrüfat fəaliyyətinin
təkrarı və təqlidi; rəqibin fəaliyyətini qəsdən və qərəzkar-
lıqla gözdən salmaq; rəqibin təsərrüfat fəaliyyətinə müda-
xilə; reklam vasitəsilə alıcıların çaşdırılması; rəqibə qarşı
şantaj, hədə-qorxu gəlmək kimi hallar nəzərdə tutulurdu.
Müəyyən bir vaxt keçdikdən sonra, 1938-ci
ildə qə-
bul edilmiş
Dostları ilə paylaş: