210
şünmək lazımdır....
Lakin tarixin geriyə dönüşü olmur. Bütün nöqsan və
çatışmazlıqlarına, kimlərinsə bəyənib-bəyənməməsinə bax-
mayaraq, bazar münasibətləri
iqtisadi sisteminin konkret
təsərrüfatçılıq fəaliyyətinin bir forması sayılan inhisarlar,
oliqopoliyalar, hələlik daha səmərəli alternativ variantlar
tapılmadığından yaşamalı, habelə təkmilləşməlidirlər.
Deməli, oliqopoliyalar cəmiyyətin ümumi mənafeləri
baxımından, bazar münasibətləri
sisteminin ən səmərəli
bir forması sayılmasa da, onların rəqabət bazarında öz
mövqelərini hər cəhdlə qoruyub saxlamaq, mənfəətlərini
yüksəltmək səylərinə baxmayaraq, çoxcəhətli fəaliyyətləri,
şübhəsiz müasir inkişaf mərhələsində
istər milli iqti-
sadiyyat çərçivəsində, istərsə də beynəlxalq miqyasda bü-
tövlükdə faydalıdır.
Dostları ilə paylaş: