206
yada TMK-m sayı 70 minə yaxınlaşır və onların 850 minə
qədər müəssisə, şirkət, filiallarında 150 milyondan artıq
adam çalışır. Məhsul və xidmətlərini
beynəlxalq bazarda
reallaşdırmağa çalışan TMK-lar, hazırda dünya sənaye
məhsulu istehsalının 40 faizdən çoxuna,
dünya ticarət döv-
riyyəsinin 50 faizdən çoxuna bilavasitə yaxud dolayı yol-
larla nəzarət edirlər. Dünyanın 500 ən iri və 100 nəhəng
transmilli korporasiyasının baş iqamətgahları ABŞ,
Qərbi
Avropa, Yaponiyada yerləşir.
Müxtəlif ölkələrin təsərrüfat həyatında istehsal inhi-
sarçılığı
və onun kartel, sindikat, trest, konsern, konsor-
sium, transmilli korporasiyalar kimi tarixi təkamül nəticə-
sində meydana çıxıb fəaliyyət göstərən formaları ilə yana-
şı, istehsalın özünəməxsus xüsusiyyətləri, habelə təşkilati-
idarəetmə cəhətləri ilə fərqlənən aşağıdakı qruplaşmaları
vardır.
Dostları ilə paylaş: