Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə110/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   160
Mikroiqtisadiyyat (1)

İkin-
cisi, 
bazarda tutduqları üstün mövqedən istifadə etməklə, 
qiymətlər qaldırılıb-endirilir, süni qıtlıq (defisit) yaxud if-
rat bolluq yaradılaraq, rəqiblər üçün haqsız və əlverişsiz 
rəqabət mühiti formalaşdırılır. 
İnhisarın ən sadə və bəsit formaları kimi 
konvensiya, 
rinq, korner,
 
habelə digərlərini qeyd etmək olar. Bu for-
malar bir neçə iri sahibkar arasında, müəyyən məhsulların 
satış qiymətləri haqqında qısa müddətli sazişlər bağlanma-
sını nəzərdə tuturdu. İnhisarların əsas formaları kimi 
kartel, 
sindikat, trest, konsern
 
nümunə göstərilə bilər. İnhisarların 
sonrakı təkamül və inkişafı, 
konsorsium, beynəlmiləl şir-
kətlər
 
(birliklər), 
transmilli korporasiyalar
 
(TMK) kimi 
daha müasir formalarla bağlıdır. İnhisarçılığın tarixən aşa-
ğıdakı formaları olmuş və müəyyən dəyişikliklərlə indi də 
fəaliyyət göstərməkdədir: 
1. İstehsal inhisarçılığı.
Müəyyən növ məhsulun is-
tehsalının əsas hissəsinin bir və ya bir neçə istehsalçının 
əlində cəmlənməsinə istehsal inhisarçılığı deyilir. İstehsal 
inhisarçılığı kartel, sindikat, trest, konsern, konsorsum for-
malarında olur. 
Kartel

eyni tipli istehsal sahələrinin, bir sıra oxşar 
məhsullar buraxan müəssisələrin ilkin elə birləşməsidir ki, 
onun iştirakçıları istehsal vasitələri və hazırladıqları məh-


204 
sullar üzərində öz mülkiyyətlərini saxlayırlar. Kartelə da-
xil olanlar, istehsal etdikləri məhsulların satışı ilə bazarda 
özləri məşğul olurlar. Lakin kartel iştirakçıları nə qədər 
məhsul istehsal etmək (kvota, pay), satış qiymətləri, mal 
çıxaracaqları bazarlar, mənfəət bölgüsü barəsində saziş 
imzalayırlar. Bu sazişin şərtlərini pozanlar cərimə ödəməli 
yaxud karteli tərk etməli idilər. İnhisarın bu forması XIX 
əsrin sonu və XX əsrin əvvəllərində geniş yayılmışdı. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin